“44 günlük savaşda əldə etdiyimiz zəfərə borcluyuq”

16:05 09-11-2023 | icon 301 | Siyasət
“44 günlük savaşda əldə etdiyimiz zəfərə borcluyuq”

Mətin Məmmədli: "Bu gün ölkəmiz Cənubi Qafqazın aparıcı dövlətidir"

 

“44 günlük Vətən Müharibəsində böyük qələbə əldə etməyimiz ölkəmizə strateji, geostrateji, geosiyasi, hərbi, iqtisadi cəhətdən böyük imkanlar, üstünlüklər yaratdı. Azərbaycan məğlub dövlətdən qalib dövlətə çevrildi. Öz ərazi bütövlüyünü, sərhədlərini bərpa etdi”.

 

Versus.Az xəbər verir ki, bunu Beynəlxalq münasibətlərin təhlili mərkəzinin eksperti, politoloq Mətin Məmmədli 8 Noyabr - Zəfər günü və 9 Noyabr – Bayraq günü ilə bağlı açıqlamasında bildirib.

 

Ekspert qeyd edib ki, 44 günlük Vətən savaşında Azərbaycan böyük qələbə əldə etdi və bu gün Şuşanın azad olunması gününü Zəfər Günü kimi qeyd edirik:

 

“Azərbaycan postsovet məkanda eyni, oxşar problemlərlə üzləşən dövlət olaraq öz gücü ilə buna nail oldu. Eləcə də, Cənubi Qafqazda ölkəmizin mövqeyi, rolu gücləndi. Ərazi bütövlüyünü təmin edən bir dövlət olaraq nüfuzu artdı. Artıq 44 günülük müharibəyə qədər olan Azərbaycanla, ondan sonrakı Azərbaycan arasında çox ciddi fərqlər var. Bu gün ölkəmiz Cənubi Qafqazın aparıcı dövlətidir və region ölkələri içərisində həlledici söz sahibidir. Bütün bunlara görə biz 44 günlük savaşda əldə etdiyimiz zəfərə borcluyuq”.

 

M.Məmmədli hərbi zəfərimizdən sonra imzalanan 10 Noyabr sənədinə diqqət çəkib. Onun sözlərinə görə, 10 noyabr bəyanatı 44 günlük müharibəni yekunlaşdıran bir sənəd idi:

 

“Bu sənəd müəyyən zaman kəsiyində öz missisyasını həyata keçirsə də, Ermənistan həmin bəyanatdan irəli gələn bir sıra bəndləri həyata keçirmədi. Bu da həmin bəyanatın işləkliyinə öz təsirini göstərdi”.

 

M.Məmmədli Azərbaycanın o bəyannaməni kapitulyasiya sənədi kimi qəbul etdiyini vurğulayıb:

 

“Çünki o kapitulyasiya elementləri ilə zəngin olan bir sənəddir. Ermənistan hökuməti həmin sənədə əsasən vaxtilə işğal etmiş əraziləri qısa müddətdə tərk etmək öhtəliyini götürsə də, əməl etmədi. Bütün bunlara baxmayaraq, 10 noyabr bəyanatı 3 il əvvəl olduğu qədər aktual deyil. Çünki artıq yeni vəziyyət yaranıb. Xüsusilə 19-20 sentyabr tarixlərində Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirlərindən sonra bu sənədi aktual hesab etmirik”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Jurnalistlərə psixoloji təlim keçirilib

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır