Barmaqları hərəkət etdirməkdə çətinlik çəkmək buı xəstəliyin əlamətidir

10:02 14-11-2023 | icon 464 | Sağlamlıq
Barmaqları hərəkət etdirməkdə çətinlik çəkmək buı xəstəliyin əlamətidir

Barmaqların hərəkət etdirilməsində, tam olaraq açılmasında çətinlik varsa, ovuc içində keylik hiss olunursa, bu, “Düpüytren kontrakturası” (ovuc fibromatozu) adlı xəstəliyin əlamətləri ola bilər.

 

Mütəxəssislər gündəlik həyat fəaliyyətlərini məhdudlaşdıran bu xəstəliklə bağlı kritik xəbərdarlıq edirlər.

 

Bu barədə türkiyəli cərrahiyyə mütəxəssisi Kadir Uzel məlumat verib.

 

Kadir Uzelin sözlərinə görə, “Düpüytren kontrakturası”na daha çox kişilərdə rast gəlinir.

 

“Bu xəstəlik ovuc içində dərinin altında yerləşən və fasya adlanan toxumanın anormal dərəcədə qalınlaşmasından yaranır. Bu toxumanın qalınlaşması və qısalması nəticəsində sərtləşmiş fibrotik maneə və düyün yaranır ki, bu da barmaqların bükülməsini, hərəkət etdirilməsini çətinləşdirir. Bu xəstəlik əsasən 40 yaşdan sonra müşahidə olunur. Səbəbi isə dəqiq məlum deyil. Kişilərdə qadınlara nisbətən təxminən 10 dəfə daha çox rast gəlinir. Diabet xəstələrində, epilepsiya, xroniki qaraciyər xəstəliyi olanlarda və alkoqol aludəçilərində daha çox meydana gəlir”, - deyə mütəxəssis bildirib.

 

“Hər iki əldə də yarana biləcək bu xəstəliyin ilkin mərhələsində ovuc içində ağrısız, düyün adlanan sərt şişlər peyda olur. Xəstəlik irəlilədikcə ovuc içərisində fibrotik maneələr əmələ gəlir. Nəticədə xəstədə barmağın bükülməsi və tam açılmaması kimi şikayətlər yaranır. Bu səbəbdən də xəstə barmağını qaldırmaq, alqışlamaq, əlini cibinə salmaq, əşyaları tutmaq kimi gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkməyə başlayır”, - deyə Kadir Uzel qeyd edib.

 

Mütəxəssis vurğulayıb ki, gecikmiş hallarda əməliyyatdan sonra müvəffəqiyyət nisbəti də azalır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı