TƏKLİF: Əlilliklə bağlı komissiya yaradılmalıdır

17:23 14-11-2023 | icon 314 | Cəmiyyət
TƏKLİF: Əlilliklə bağlı komissiya yaradılmalıdır

"Azərbaycanın qələbəsini qəbul etməyən bəzi ünsürlər var və ölkədə müəyyən məsələlərdən istifadə etməyə çalışırlar".


Versus.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üzrə büdcəsi  haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

 

"Sosial sahədə ictimaiyyət tərəfindən səsləndirilən problemlərdən biri də qazilərin əlillik dərəcəsinin alınması ilə bağlıdır. Biz ictimaiyyət, mətbuat tərəfindən də görürük ki, həmin şəxslər çox az qisimdir. Görürük ki, həmin şəxslər şüşə qırır, özünü yandırır və s. Düşünürəm ki, bu problemlə bağlı komissiya yaradılmalıdır. Həmin şəxslər, mətbuat nümayəndələri və s. səlahiyyətli şəxslər çağırılıb müzakirə aparılmalı, yoxlanılmalıdır ki, bu şəxsə düşür, yoxsa yox. Bundan başqa döyüşənlər yaxşı bilir ki, döyüş zamanı elə xəstəliklər ortaya çıxır ki, onu heç tibb də müəyyənləşdirə bilmir. 18 yaşlı şəxsin yanın da o qədər faciələr yaşanır. Ona görə də həmin şəxslərə bu dərəcənin verilməsi nə böyük işdir ki? Düşünürəm ki, məsələ həll oluna bilər”, -deyə deputat bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ