Bakı “savaş taktika”sını dəyişdi

17:05 22-11-2023 | icon 1109 | Geopolitika
Bakı “savaş taktika”sını dəyişdi

Sərhəddə genişmiqyaslı toqquşma gözləyirlər

 
 

 

 

 

TURAN RZAYEV
/politoloq/

 

 

Azərbaycan XİN-in Ermənistana iki ölkə arasında şərti dövlət sərhədində demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı təklifinə İrəvandan müsbət cavab gəldi. Xüsusilə Ermənistanın Azərbaycanın sülh təkliflərinə cavab verməsinin 2 aydan çox çəkməsi “sərhəddə görüş”ün əhəmiyyətini artırır.

 
 
İndiki məqamda tərəflər iki ölkə arasında şərti dövlət sərhədində görüşə razı görünsə də, əslində, maraqları və görüş sonrası növbəti raundla bağlı yanaşmaları fərqlidir. Belə ki, Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanmasını istəyir. Daha dəqiq desək, ən geci 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalanması Bakı üçün prioritetdir. Azərbaycan buna görə Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu deyir.
 
 
Azərbaycan tərəfinin “Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır” sözləri də diqqət çəkir. Bakı “Qarşılıqlı məqbul məkan” deyərkən əslində Gürcüstanı nəzərdə tutur. Tiflis iki ölkə üçün də uyğun məkan sayıla bilər.
 
 
 
Ermənistan tərəfi isə indiki məqamda həm 10 noyabr bəyanatından imtina edib yeni sazişin imzalanmasını, həm də bu istiqamətdə aparılan danışıqların Qərb formatında aparılmasını istəyir.
İrəvanın Bakıya təqdim etdiyi sülh sənədində üç əsas tələb yer alıb:
 
 
“- Heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması,
 
 
– Alma-Atı Bəyannaməsi və ən son qanuni Sovet xəritələri əsasında növbəti demarkasiyanın həyata keçirilməsi,
 
 
– Dövlətlərin suverenliyinə və yurisdiksiyasına, bərabərlik və qarşılıqlı prinsiplərinə tam hörmət əsasında regionda infrastrukturun açılması”.
 
 
Ermənistanın təqdim etdiyi bu şərtlər ikili müzakirələr nəticəsində həll edilə bilər. Lakin bütün bu məsələlərin Vaşinqton ya da Brüssel formatında müzakirəsi Bakının maraqlarına uyğun deyil. Bu mənada iki ölkə arasında şərti dövlət sərhədində görüş baş tutarsa, danışıqların növbəti raundunun Gürcüstanda keçirilməsi qarşılığında Ermənistanın təklif etdiyi üç məsələ müzakirə edilə bilər. Yəni İrəvan ilk addımı atmalıdır ki, Bakı da buna cavab versin.
 
 
Bütün bunlara baxmayaraq, görüşün alınmamasında maraqlı olan qüvvələr də var. Xüsusilə bu qüvvələrin süni maneələri nəticəsində sülh yubanır.
 
 
Azərbaycan regionda gərginliyin artması, yeni silahlı toqquşmanın baş verməsində maraqlı deyil. Bunun olmaması üçün isə sülh prosesinin sürətlənməsinə və yekun sazişin imzalanmasına ehtiyac var.
 
 
Regionu qarışdırmaq istəyən beynəlxalq güclər sərhəddə genişmiqyaslı döyüşlərin başlamasını gözləyirlər. Lakin Bakı “savaş taktikasını” dəyişərək sərhədə sülhü gətirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...