Azad Kəlbəcərin Şəhər Günüdür

09:11 25-11-2023 | icon 467 | Siyasət
Azad Kəlbəcərin Şəhər Günüdür

Könül İsmayılova: “Kəlbəcər azaddır və bu gün Kəlbəcər yenidən qurulur”

 

"Ölkə başçısının bu ilin 31 iyulunda imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi və artıq rayonlarımızın azad edildiyi günlər Şəhər Günü kimi qeyd edilməyə başlayıb. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub".

 

Versus.Az xəbər verir ki, bunu 25 noyabr - Kəlbəcər şəhəri günü ilə əlaqədar şərhində Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

 

Könül İsmayılova vurğulayıb ki, Kəlbəcər rayonu 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən bir güllə atılmadan Azərbaycana təhvil verilib:

 

"Amma bu gün şəhər günlərini qeyd etməyimiz heç də bizlərə həmin ərazilərimizin işğal tarixini unutdurmur. Tarix tarixliyində qalır. Və tarix xatırladır ki, 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər rayonu işğal edilib, dinc sakinlər öldürülüb, əsir götürülüb, itkin düşüb. İşğal nəticəsində kəlbəcərlilər respublikanın müxtəlif rayon və şəhərlərində məskunlaşmağa məcbur olub. Vandal ermənilər digər ərazilərimiz kimi Kəlbəcərin də tarixi-mədəniyyət abidələrini, məktəblərini, uşaq bağçalarını, kitabxanaları, klubları, mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, xəstəxanalarını, tibbi məntəqələrini, ambulatoriyaları, aptekləri, inzibati binaları, mənzilləri, maşınları, texnikaları talan edib, dağıdıb, rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Bütün bunların ardınca isə BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb".

 

K.İsmayılova qeyd edib ki, baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu, Ermənistan həmin Qətnaməni icra etmədi. Onun sözlərinə görə, daim ikili standartlarını gördüyümüz beynəlxalq təşkilatlar isə ümumiyyətlə bu Qətnamənin icrasını tələb etmədi:

 

"Belə olan halda Azərbaycan özü öz müqəddəratını həll etməyi seçdi və buna nail oldu. Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Amma ermənilər torpaqlarımızdan rədd olub gedəndə də öz vandallıqlarından qalmadılar. Evlərə, obyektlərə, meşələrə od vurdular. Bu isə beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Ümid edirəm ki, bu cinayət cəzasız qalmayacaq. Kəlbəcər azaddır və bu gün Kəlbəcər Şəhəri Günüdür. Kəlbəcərlilərin vətən həsrəti bitib. İndi Kəlbəcərimizi yenidən qururuq. Allah bu günləri bizə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı, yaralılarımıza şəfalar diləyirəm".

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...