Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla əməkdaşlığı

12:39 13-12-2023 | icon 489 | Dünya
Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla əməkdaşlığı

 

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının Prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

 

Baş Prokurorluqdan Versus.az-a verilən məlumata görə, cari ilin 05 - 06 dekabr tarixlərində Fransa Respublikasının paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Transmilli Korrupsiyaya qarşı Hüquq-Mühafizə Orqanları İşçilərinin Qlobal Şəbəkəsinin (GLEN) “Asiya-Sakit Okean regionunda fövqəladə hallarda korrupsiya və dələduzluq cinayətlərinin ifşa olunması və istintaqı” mövzusunda 5-ci iclası keçirilib.

 

Avstraliya, Böyük Britaniya, Danimarka Krallığı, Mavriki Respublikası, Ukrayna və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin prokuror-kriminalisti Samir Mirzəyev təmsil edib.

 

“Əməliyyat məlumatlarının analitik şəkildə idarə olunması”, “Yüksək profilli cinayət işlərində effektiv rəftar və münasibətlərin tənzimlənməsi”, “Çirkli pulların yuyulması ilə əlaqədar istintaq olunan cinayət işləri zamanı beynəlxalq əməkdaşlıq”, “Xüsusi müsadirə məsələlərinin icrası mexanizmləri” və digər bu kimi mövzular ətrafında geniş müzakirələrin aparıldığı görüşdə nümayəndəmiz Samir Mirzəyev çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş effektiv islahatlar və eləcə də Baş Prokurorluğun strukturunda yeni yaradılmış idarələrin fəaliyyəti haqqında iştirakçıları məlumatlandırmışdır.

Pəri

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır