"Ağlaya-ağlaya çıxdığımız yurdumuza indi sevinə-sevinə qayıdırıq”

10:21 14-12-2023 | icon 580 | Qarabağ
"Ağlaya-ağlaya çıxdığımız yurdumuza indi sevinə-sevinə qayıdırıq”

“Hər birimiz doğma yurdumuza sevinə-sevinə qayıdırıq”.

 

Versus.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Laçından olan keçmiş məcburi köçkün Nazir Nəcəfov deyib.

 

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimiz, dövlətimiz var olsun. Hər birimiz doğma yurdumuza sevinə-sevinə qayıdırıq. Halbuki, Laçını ağlaya-ağlaya tərk etmişdik. Böyük sevinc içindəyik. Doğma yurduna qayıtmaq hər bir insan üçün xoşdur. Arzu edirəm ki, bütün insanlar öz yurdlarına geri qayıtsınlar”.

 

Qeyd edək ki, bu gün Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınıb. Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksindən yola salınıblar.

 

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

 

Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

 

Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

 

Qeyd edək ki, indiyədək Laçın şəhərində 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır