Kəlbəcərdə 5 yerdə turizm və rekreasiya zonası yaradılacaq
“Kəlbəcərdə beş yerdə turizm və rekreasiya zonası yaradılacaq”.
Versus.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri Elgün Cavadov Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib.
Onun sözlərinə görə, Kəlbəcərdə - Vəng, İstisu, Zülfüqarlı, Sultan-Heydər və Dəmirçidam turizm və rekreasiya zonası yaradılacaq:
“Xocavəndə isə Hadrut, Ağbulaq, Tuğ və Böyük Tağlar, Zəngilanda Qaragöz, Qubadlıda isə Qubadlı turizm və rekreasiya zonaları olacaq”.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...