Özbəkistan qarışıq seçki sisteminə keçir

13:20 19-12-2023 | icon 408 | Dünya
Özbəkistan qarışıq seçki sisteminə keçir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikada majoritar seçki sistemindən majoritar-proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya qanununu imzalayıb.

 

Oktyabrın 31-də Özbəkistan Parlamentinin Qanunvericilik (aşağı) Palatası tərəfindən qəbul edilən və noyabrın 24-də Senat tərəfindən təsdiqlənən qanun çərşənbə axşamı ölkənin parlament nəşrlərində dərc edilib və bununla da qüvvəyə minib.

 

Qanuna əsasən, Qanunvericilik Palatasına seçkilər qarışıq (majoritar-proporsional) seçki sistemi əsasında keçirilir. Birmandatlı və tək seçki dairələri nəzərdə tutulur, aşağı palatanın 75 deputatı majoritar seçki sistemi ilə birmandatlı dairələrdən, qalan 75 deputat isə proporsional seçki sistemi (partiya siyahısı) əsasında siyasi partiyalara verilən səslər əsasında vahid dairədən seçilir.

 

Qeyd edək ki, Özbəkistanın Qanunvericilik Palatası 150 deputatdan ibarətdir. Hazırda ölkədə beş siyasi partiya fəaliyyət göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı