Kişi 75 ildir özünü axtarır

09:37 20-12-2023 | icon 547 | Dünya
Kişi 75 ildir özünü axtarır

Türkiyədə kişi 75 ildir özünü axtarır. Qəribə hadisə onun ailə üzvlərini çətin vəziyyətə salıb.

 

Məlumata görə, Batmanın Çamlıtepe rayonundan olan İzzettin Bukar həyat yoldaşı və uşaqları olmasına baxmayaraq, bu günə qədər sənədsiz yaşayıb. Ögey anası onun şəxsiyyətini təsdiq etməyib və beləcə, uzun illər bürokratik maneələr səbəbindən bu yaşa kimi vəsiqəsiz qalıb.

 

Hazırda o, Altsheymer xəstəsidir. Sənədinin olmaması isə yaşlı kişinin xəstəxana ilə bağlı problemlərinin yaranmasına səbəb olub.

 

“Atamı xəstəxanaya aparmaqda çox çətinlik çəkirik. Hər dəfə şəxsiyyət vəsiqəsini tələb edirlər. Xəstələnəndə əlim-qolum bağlı qalır”, - onun qızı deyib.

 

Qızının sözlərinə görə, bir dəfə polisə müraciət ediblər. Onun yardımı ilə kişi xəstəxanaya yerləşdirilib, müayinə edilib və beynində damar tıxanması müəyyən olunub. Bundan sonra İzzettin Bukar əməliyyat olunub. Ancaq şəxsiyyət vəsiqəsi olmadığı üçün bütün bunlar xəstənin hesabına həyata keçirilib.

 

“Səlahiyyətlilərdən yeganə xahişim budur ki, atama şəxsiyyət vəsiqəsi verilsin. Atam reanimasiyada olanda müvafiq quruma getdik, dedilər ki, atan gəlsin, ona kömək edəcəyik. Reanimasiyadan çıxandan sonra yenidən getdik və atam suallara cavab verə bilmədi, axı Altsheymer xəstəsidir. Bizə dedilər ki, sağalıb gəlsin”, - deyə qızı kədərlə bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır