"Fransanın islam dövlətlərini zəiflətmək planları özünü açıq büruzə verir"

11:38 28-12-2023 | icon 636 | Siyasət
"Fransanın islam dövlətlərini zəiflətmək planları özünü açıq büruzə verir"

Vüqar Dadaşov: “Makron Prezident İlham Əliyevlə çəkişmədə nəinki uduzub, rusvay olub”

 

“Fransanın Azərbaycana qarşı oturuşmuş düşmənçilik siyasəti antiislam, antitürk faktorlarına əsaslanır. Azərbaycana, türk dünyasına qarşı Fransanın əsrlər boyu dəyişməz düşmənçilik siyasəti məhz onun milli və geosiyasi maraqları ilə bağlıdır”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov Fransanın Azərbaycana qarşı apardığı düşmən siyasətinin fiaskoya uğraması və əsl simasının ifşası ilə bağlı şərhində bildirib.

 

Ekspert hesab edir ki, Fransanın islamlaşması bu dövlətin etnik mənsubiyətinə, milli kimliyinə, böyük təhdid olduğundan Fransanın güclü islam dövlətlərini zəiflətmək, məhv etmək planları özünü açıq büruzə verir:

 

“Emanuel Makron fiquru Fransa prezidentləri içində ən uğursuz liderdir və o Fransanın beynəlxalq siyasi, hərbi, diplomatik mövqeyini əhəmiyyətli dərəcədə zəiflədən dövlət başçısı kimi tarixdə qalacaq. Makron əvvəlki fransız liderlərindən mahiyyət etibarı ilə heç bir fərqli siyasət yeritmir. Sadəcə, Makron Fransanın Azərbaycana qarşı düşmənçiliyində siyasi-diplomatik maskanı çıxardı. Makron hakimiyyəti altında Fransanın anti Azərbaycan siyasəti bütünlüklə onun geosiyasi maraqları ilə bağlıdır. Cənubi Qafqazın lider dövləti Azərbaycana qarşı təsir imkanları əldə etmək Fransanın bütün region üzərinə təsir imkanı qazanmağı deməkdir. Bu həm də Fransanın dünyada, xüsusən də Afrikada rüsvayçı halının komoensasiyası kimi, Makron hakimiyəti üçün vacibdir. Ancaq Fransanın siyasi istəkləri onun imkanları ilə uzlaşmır. Həm liderlik baxımdan Makron zəif rəhbərdir və həm də Fransanın hərbi potensialı müasir dövrün tələblərinə uyğun gəlmir hərçənd ku, bu gün Fransnın quru adını saxlayan onun BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olması və onun "veto" hüququdur. Çox güman ki, Fransanın əldə bu imtiyaz da səngiməyın dünya liderlərinin tələbləri ilə deformasiyaya uğrayacaq”.

 

V.Dadaşov bildirib ki, Makronun başçılığı ilə Fransanın Azərbaycan planlarının məhv edilməsinin sonuncu akordu kimi, onun cəsus şəbəkəsinin ifşa ediməsi göstərilə bilər. Onun fikrincə, bu, həm də Fransa prezidenti Emanuel Makronun şəxsi məğlubiyyəti, zəifliyinin sübutudur:

 

“Azərbaycan prezidenti İlham Əliyevələ onun çəkişməsi, siyasi mübarizəsi ayrı-ayrı siyasi çəki kateqoriyasına aiddir. Makron bu çəkişmədə nəinki uduzub, rusvay olub”.


Ekspert eyni zamanda qeyd edib ki, dünya hegemonu ABŞ-ın Azərbaycana təzyiqindən geri çəkilməsi nəinki Fransaya, digər dövlətlərə bir nümunə, işarə olmalı idi:

 

“Makron hakimiyyətinin Azərbaycanın dünyada mövqeyini, hərbi potensialını nəzərə almaması onu gülünc vəziyyətə gətirib. Artıq Ermənistanla Azərbaycan arasında bir başa əlaqələrin qurulması, danışıqların aparılması, Fransa başda olmaqla bəzi ölkələrin tərəflər maraqlarına uyğun gəlməsə də, refionda sülhün əldə edilməsinə real imkanlar yaradır. Fransanın Ermənistanı silahlandırması ilə revanşist istəyi artırmaqla Cənubi Qafqazla bağlı siyasətində hədəflədiyi nəticəni doğurmayacaq. Ermənistan üçün revanşizm, onun siyasi-fiziki məhvinə bərabər vəziyyəti yaradır”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...