Rusiyada yaşayan miqrantların NƏZƏRİNƏ

10:26 29-12-2023 | icon 505 | Cəmiyyət
Rusiyada yaşayan miqrantların NƏZƏRİNƏ

Vətəndaşlıqdan çıxarılma prosesinə start verilib

 

Rusiyada ilk dəfə olaraq beş regionun vətəndaşları cinayət törətdiklərinə görə öz statuslarını itiriblər.

 

Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən xəbər verilib.

 

Bildirilir ki, yeni qanunvericilik qaydalarına əsasən, qonşu ölkələrdən gələn doqquz miqrant Rusiya vətəndaşlığından məhrum edilib. Onların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum ediliblər.

 

Məlumata görə, cinayət törətmiş vətəndaşlara münasibətdə statuslarına xitam verilməsi ilə bağlı qərarlar Moskva şəhəri, Moskva vilayəti, Sankt-Peterburq şəhəri, Leninqrad vilayəti, Tver vilayətində qəbul edilib. Həmin şəxslərə bildirişlər təqdim olunub və pasportları götürülüb.

 

“Onlar cəzalarını həbsxanada çəkdikdən sonra ölkədən çıxarılacaqlar”, - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, Rusiyada “Vətəndaşlıq haqqında” yeni qanun 2023-cü ilin oktyabrında qüvvəyə minib. Qanun vətəndaşlığı itirilə biləcəyi geniş siyahısını təqdim edib. Qanunun əvvəlki variantı ilə müqayisədə siyahı Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddələri 18-dən 64-ə qədər artıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...