Dövlət qulluğu imtahanına hazırlaşanların NƏZƏRİNƏ

20:09 16-02-2024 | icon 315 | Təhsil
Dövlət qulluğu imtahanına hazırlaşanların NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçirəcək.

 

DİM-dən bildirilib ki, imtahan vermək etmək istəyən namizədlərin Mərkəzin portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

 

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə qəbul üzrə test imtahanı

 

İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat martın 14-dək aparılacaq. İmtahan kompüter vasitəsilə Bakı şəhərində Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 5 saylı tədris binası) keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və kompüter vasitəsilə keçiriləcək.

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan.

 

Bu imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı BB qrupu üzrə fevralın 29-dək, AB, AC, BA qrupları üzrə isə martın 14-dək davam edəcək.

 

AB, AC qrupları üzrə imtahan saat 10:00-da, BA qrupları üzrə imtahan isə saat 15:00-da kompüter vasitəsilə Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 5 saylı tədris binası) keçiriləcək.

 

BB qrupu üzrə imtahan saat 11:00-da başlanacaq və kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahan yeri imtahana 5 gün qalmış namizədin buraxılış vərəqəsində göstəriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...