Ev telefonunun borcu ödənmədikdə müqavilə nə zaman qüvvədən düşür?

07:45 20-02-2024 | icon 236 | Sosial
Ev telefonunun borcu ödənmədikdə müqavilə nə zaman qüvvədən düşür?

Azərbaycanda stasionar telefonlardan istifadə edənlərin sayı azalır.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 2021-ci ildə 1 377 200, 2022-ci ildə isə 1 339 900 olub. Bu isə bir il ərzində 37 mindən çox azalma deməkdir.

 

Lakin ev telefonlarından istifadə edənlərin sayı azalsa da, internet istifadəçilərinin sayı artıb. Ölkə üzrə hər yüz nəfərə düşən internet istifadəçilərinin sayı 2021-ci ildə 86,7, 2022-ci ildə isə 88,1 faiz təşkil edib.

 

Vətəndaşlar ev telefonundan istifadəyə marağın azalmasını mobil telefonlarda görüntülü danışma və səs imkanlarının geniş olması ilə əlaqələndirirlər.

 

Qeyd edək ki, abonent ev telefonuna görə borcunu ödəmədikdə bağlanmış müqaviləyə üç ay sonra xitam verilir. Bununla yanaşı, abonentə əlavə iki ay möhlət hüququ verilir. Bu müddət ərzində də ödəniş olunmasa, ümumilikdə beş aydan sonra müqavilə tamamilə qüvvədən düşmüş sayılır.

 

Ətraflı “Xəzər Xəbər”in süjetində:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri