Məktəbdəki biabırçı hadisəyə direktordan MÜNASİBƏT

13:32 20-02-2024 | icon 306 | Təhsil
Məktəbdəki biabırçı hadisəyə direktordan MÜNASİBƏT

Gülər İsmayılova: “Şagird dedi, zarafatla etmişəm”

 

11-ci sinif şagirdinin başqa bir yeniyetmə qıza qarşı qeyri-etik hərəkətlər etməsini əks etdirən video ətrafında müzakirələr davam edir.

 

Məsələ ilə bağlı Baku TV-yə danışan Bakının 156 nömrəli məktəbinin direktoru Gülər İsmayılova hadisənin iştirakçısı olan şəxsin onun rəhbəri olduğu məktəbdə təhsil aldığını bildirib:

 

“Hadisə yanvarın 17-si, məktəbdənkənar zamanda, təxminən günorta saat 3-dən sonra baş verib. Bizim məktəbdə dərslər saat ikiyə qalmışdan bitir. Hadisə zamanı görünən iki nəfərdən yalnız biri bizim şagirdimizdir. Onlardan 11-ci sinif şagirdi bizim məktəbdə oxuyur, digər şəxs isə onun qonşusudur. Həmin şagirdin oxuduğu zaman hansısa psixoloji pozuntusu olduğu, həmçinin, onun məktəbdə oxuyan digərlərinə qarşı neqativ hərəkətlər etdiyi nəzərə çarpmayıb. Biz fevralın 14-də həmin hadisəni bildikdən sonra valideynlər məktəbə dəvət olunublar. Bildirilib ki, şagird həmin hərəkəti zarafat məqsədilə edib”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...