"ABŞ liderindən yenə separatizmə dəstək istənilir"

11:02 04-03-2024 | icon 763 | Geopolitika
"ABŞ liderindən yenə separatizmə dəstək istənilir"

Fuad Əliyev: "Onların hiyləsi var, başa düşürlər ki, Bayden uduza bilər"

 

ABŞ-ın Miçiqan ştatında yerləşmiş ermənilər Demokratlar Partiyasının bu ştatda keçirdikləri ilkin seçkilərdə Baydeni boykot edərək “boş səs” veriblər. ABŞ-da nəşr olunan “The Armenian Weekly” qəzeti yazır ki, Miçiqanda yaşayan ermənilər Baydeni azərbaycanpərəst hesab etdiklərindən belə qərar qəbul ediblər. Maraqlıdır, erməni lobbisi ən erməniyanlı Ağ Ev hakimiyyətindən niyə üz döndərib?

 

Məsələyə münasibət bildirən Siyasi şərhçi Fuad Əliyev bu qənaətdədir ki, ermənilər Baydendən daha artığını gözləyirdilər.

 

F.Əliyev qeyd edib ki, erməni lobbisi xərclədiyi pulların batdığını başa düşür:

 

"Onlar yandığından acıq çıxmaq üçün seçkidə Baydeni cəzalandırdıqlarını göstərmək istəyirlər. Erməni diasporu gözləyirdi ki, ABŞ Azərbaycana sanksiya tətbiq etməlidir, ermənilərin Xankəndinə qaytarılması üçün güclü basqı etməlidir, həbsdə olan separatçı liderlərin azad edilməsi üçün təzyiqləri artırmalıdır. Bir sözlə, onlar ABŞ prezidentindən mümkün olmayanları tələb edirlər. Başqa bir səbəb isə Demokratlara etimadsızlıq nümayiş etdirməkdir. Bununla belə, seçkidə ermənilərin əksəriyyətinin məcburiyyət qarşısında yenə də Baydenə dəstək verəcəyini düşünürəm. Çünki Tramp onların arzularının bir faizini belə ifadə etməyəcək”. 

 

Fuad Əliyev Baydenin kifayət qədər ermənipərəstlik etdiyini düşünür:

 

“Daha nə etməlidir ki? Biz bu müddətdə Ağ Ev rəhbərindən Azərbaycanla bağlı təqdirəlayiq mövqe görmədik. Dövlət Departamentinin hesabatında Qarabağdakı erməni abidələrinin dərdini çəkirlər, O,Brayen ölkənin rəsmi mövqeyini Senatda ifadə edir, bir sıra konqresmenlər ermənilərə xidmət göstərirlər, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi məhz Baydenin prezidentliyi dönəmində İrəvana gedərək qondarma genosid abidəsinin önündə saxta göz yaşları axıdır... Yəni daha nə etməlidirlər? ABŞ yeganə dövlət idi ki, Qarabağ separatçılarına müxtəlif layihələr və adlarla maliyyə ayırırdı. Bunu rəsmi şəkildə heç bir ölkə etməyib və Azərbaycan Prezidenti də bu məsələni xüsusi vurğulayıb. Görünür, ABŞ liderindən yenə separatizmə dəstək istənilir. Ancaq onların hiyləsi var. Başa düşürlər ki, Bayden uduza bilər. Onun reytinqi getdikcə aşağı düşür. İnanmıram ki, qoca Bayden qalib gəlsin. Tramp ağıllı və praqmatik siyasətçidir. Ona görə də Miçiqan ştatında boykot ermənilərin Demokratlara naz etməsi, incik düşdüklərini göstərmə cəhdləridir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ