“Azərbaycan Qadınlarının Gücü” adlı tədbir keçirilib

16:20 04-03-2024 | icon 277 | Cəmiyyət
“Azərbaycan Qadınlarının Gücü” adlı tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan qadınlarının gücü” adlı tədbir keçirilib.

 

Ednews xəbər verir ki, tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” tələbə xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Açılış nitqi ilə çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova elmin qadınların həyatında böyük rolu olduğunu qeyd edib:

 

“Belə bir deyim var ki, hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır. Bu çox doğru ifadədir, həmin qadın kişinin anası, bacısı, həyat yoldaşı, hətta qızı ola bilər. Qadınların həyatımızda rolu böyükdür, elmin isə qadınların həyatında rolu böyükdür”.

 

Daha sonra çıxış edən UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə keçirilən müsabiqə sayəsində universitetdə təhsil alan tələbələri daha yaxından tanımaqlarına şərait yaradıldığını bildirib:

 

“Bu müsaqibə tələbələrimizin uğurlarına şahidlik etməyimizə kömək oldu. Bu timsalda qarşıdan gələn bayram münasibətilə bütün xanımları təbrik edir, həyatlarında uğurlar arzu edirəm”.

 

Çıxış üçün söz Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakültəsinin məzunu, "Kapital Bank"ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimovaya verilib:

 

“Bəzən düşünürük ki, qadının bir neçə funksiyası var, ana, bacı, həyat yoldaşı olmaq və s. Amma qadınların əsas funksiyası həyatda istədiyi nöqtəyə gəlib, çıxmaq olmalıdır. Qeyd olunduğu kimi güclü liderlərin arxasında hər zaman möhkəm qadın dayanır. İştirak etdiyim təlimlərin birində maraqlı statistika ilə rastlaşdım. Belə ki, qadınların peşəkar həyatda "CİO" səviyyəsində iştirakı cəmi 5 faiz təşkil edir. Amma qadınlar göründüyündən daha güclüdür və daxili motivasiyası güclü olduğu təqdirdə hər bir qadın istəyinə nail ola bilər. Hər birinizi qarşıdan gələn bayram münasibətlilə təbrik edir, qarşınıza qoyduğunuz məqsədə çatmağınızı arzu edirəm".

 

Çıxışlardan sonra müsabiqə iştirakçıları diplomla təltif olunub, hədiyyələr təqdim edilib.

 

Tədbir rəsmi hissə bitdikdən sonra bədii hissə ilə davam edib.

 











Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ