Paşinyan Rusiyanı seçim qarşısında qoyur
Vüqar Dadaşov:
"Ermənistan baş naziri Nikol Paşinyanının bu gün Yerevanda mətbuat konfransında Ermənistan KTMK münasibətlərin davamının şərtləri barədə verdiyi açıqlamanı, bir başa provakasion təhrik xarakterlidir və sözsüz ki, bir neçə məqsədi hədəfləyir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mili Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.
V.Dadaşov qeyd edib ki, Paşinyan Fransa başda olmaqla öz Qərb havadarlarının ssenarisi ilə Rusiyanı konkret seçim qarşısında qoyur, hansı ki, hər iki halda vəziyyətin gərginləşməsinə səbəb olur:
"Birinci halda, əgər Rusiya KTMK qismində Ermənistanın tələbini yerinə yetirərsə, təbii ki, prosesdə Azərbaycan və Türkiyə hərbi toquşmaya getməli olur. Nəticədə, Ermənistan müəyyən dividentlər qazanmaqla Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibəti əsaslı dərəcədə dəyişir. Rusiyanın cənub nəfəsliyi bağlanır, Zəngəzur dəhlizinin açılma ehtimalı sıfırlanır. Rusiya təklənir, konflikdən uduşlu ancaq Qərb çıxır. Ermənistanın isə Rusiyanın nızarətində qalması Qərb üçün heç bir əhəmiyyət daşımır. Çünki, bu planın ilk mərhələsi kimi, Rusiyanın daha da zəifləməsini sürətləndirir".
Hüquqşünasın fikrincə, ikinci halda isə Rusiya Ermənistanı tərk edərsə, yenə də Fransa başda olmaqla Qərb udur və Ermənistan timsalında Qafqazda oturuşur:
"Qərbin "təklif" etdiyi bir təklifin iki halında da Rusiya uduzan, Qərb isə udan tərəfdir. Yeri gəlmişkən, Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması barədə müraciətin daxil olmasını Rusiya prezidentinin sözcüsü Dmitri Peskov etiraf edib. Ona görə də Rusiya Ermənistanla bağlı öz sonuncu planı ilə hərəkət etmək məcburiyətində qalır - Ermənistanda hakimiyyət dəyişiliyinə gedir. Paşinyan hakimiyyəti dövrünün Rusiya ilə bağlı mərhələli fəaliyyətini yekun fazası daxil olub. Artıq Paşinyan hakimiyətinin dövrü məntiqi sonluğuna yaxınlaşır".
LƏMAN
versus.az
Xəbər lenti
Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
Sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşüb