Zahid Orucdan TƏKLİF

12:09 15-03-2024 | icon 385 | Siyasət
Zahid Orucdan TƏKLİF

"10 kəndi, 100 evin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün"

 

“Ötən il iqtisadi artımın 1%-dən kiçik olması adambaşına düşən gəlirlərin də azaldığını göstərir. Qeyri-neft sektorunun 3,2%-lik artımı, neft sektorunun 1,6%-lik azalması ilə iqtisadi artım 0,8% təşkil edib. Bunun başlıca səbəbinin sərhədlərin bağlı olması, əhalinin sərbəst hərəkət və ticarətindəki məhdudluqdur. Dövlətin qərarı başadüşüləndir, lakin Rusiya ilə ticarət dövriyyəsinin tarixdə ilk dəfə rekord həddə - 7.3 milyard manata çatmasını nəzərə alaraq, qonşu ölkə ilə sərhədlərin açılması əhalinin iqtisadi aktilviyi və gəlirlərini bərpa edə bilər”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsində İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib.

 

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı ötən il beynəlxalq mövqelərini gücləndirib, bu sevindiricidir:

 

"İslam Konfransı Təşkilatı, o cümlədən, 156 milyonluq əhali, 1.3 trilyon dollarlıq ÜDM-ə malik olan türk  coğrafiyası azad torpaqlarda 100 məktəb inşa etsə, “Marşal planı”nın bir parçası olar. Hökumət Amerika və Avropa Birliyinə açıq müraciət edə bilər ki, işğalın nəticələrini aradan qaldırmaq üçün ölkəmizə kömək etsinlər. Əgər milli tikinti şirkətlərinə onların inamı azdırsa, Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə öz tikinti qurumlarına sifariş versinlər. Ötən il Qarabağın bərpası üçün “Beynəlxalq Donor Konfransı” keçirilməsini təklif etmişdik. Bütün dövlətlərə dəvət göndərsək, gəlməyən ölkələrin ədalətə, sülhə münasibətini dünyaya göstərərik. Müharibəni xalqımız özü apardı, heç olmasa, 10 kəndi, 100 evin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün ki, BMT tribunasından danışmağa üzləri olsun”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Qənirə Paşayevasız 1 il...

“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

“Qənirə Paşayeva - İTHAF” - SƏRGİ

Siyasətçilərin də axışdıqları Vudu bazarı

UEFA "Barselona" klubunu cəzalandırdı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

Ən çox və ən az kredit verən BANKLAR