ermənilərin qondarma soyqırımı yalanlarına qarşı HƏMRƏYLİK

09:20 25-04-2024 | icon 194 | Siyasət
ermənilərin qondarma soyqırımı yalanlarına qarşı HƏMRƏYLİK

Türkiyənin ABŞ-dəki səfirliyinin qarşısında ermənilərin 24 aprel qondarma soyqırımı yalanlarına qarşı həmrəylik aksiyası keçirilib.

 

Versus.Az xəbər verir ki, “Erməni yalanlarına son” şüarı ilə keçirilən aksiya Türkiyə-Amerika Milli İdarəetmə Komitəsi (TASC) tərəfindən təşkil olunub.

 

TASC rəsmisi Məhəmməd Sami Görgülü açıqlamasında bildirib ki, aksiyanı keçirməkdə məqsəd erməni lobbisinin yalanlarını ifşa etməkdir:

 

“Ermənilərin qondarma soyqırımı iddialarını tanımaqla siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan bəzi dövlətlər bundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Beynəlxalq ictimaiyyət soyqırımı iddialarının yalan olduğunu bilməlidir”.

 

Aksiyada Vaşinqtonda yaşayan türk və Azərbaycan icmasının fəalları iştirak ediblər. Fəallar erməni yalanlarının ifşa olunduğu şüarlar səsləndiriblər.

 

Burada 1970-ci illərdə ASALA terror təşkilatı tərəfindən qətlə yetirilən onlarla türk diplomatının şəkilləri də nümayiş etdirilib.

 

Təxminən iki saat davam edən aksiya insidentsiz başa çatıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"

Rektor yubiley medalı ilə təltif edildi