Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən elektron siqaretlər aşkarlanıb

16:42 06-05-2019 | icon 507 | Hadisə
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən elektron siqaretlər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 3120" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Versus.Az trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda dam örtüyünün və yan divar örtüklərinin arxasından vətəndaşın gömrük nəzarətindən gizlətdiyi 68 400 ədəd "Parliament" markalı elektron siqaret və 27 ədəd "İqos" markalı elektron siqaret üçün alışqan cihaz aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ