Deputat Ermənistan xarici siyasətini tənqid etdi

12:28 24-05-2019 | icon 522 | Geopolitika
Deputat Ermənistan xarici siyasətini tənqid etdi

Ermənistan özünü müstəqil dövlət elan etsə də elə deyil, hansısa dövlətin yedəyində gedir.

 

Versus.Az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə deyib.

 

S.Novruzov qeyd edib ki, Ermənistan özü nə xarici, nə də daxili siyasətində müstəqil addım ata bilmir: “Aparılan tədqiqatlar göstərir ki, ildə 100 mindən artıq insan Ermənistanı tərk edir, heç bir müəssisə və təşkilat işləmir, sosial vəziyyət acınacaqlıdır. Eyni zamanda siyasi rəhbərlikdə qarşıdurmalar var. Regionlararası münasibətlər də bir-birinə qarışıb. Bu baxımdan Ermənistanda seçki öncəsi verilən vədlərin heç 1 %-i də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək".

 

Komitə sədrinin sözlərinə görə, Ermənistanda peşəkar siyasətçilər yoxdur: "Populizmlə heç bir məsələni idarə etmək olmaz. Ortada real iş olmalıdır. Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə də Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir".

 

S.Novruzov qeyd edib ki, Ermənistanda orduda qarşıdurma var və bu daha da dərinləşib: "Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideynlər öz uşaqlarını Azərbaycanın işğal altında olan torpaqlarında xidmət etməyə göndərmir. Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ