"Bu, erməni həyasızlığının son nöqtəsidir"

14:26 29-05-2019 | icon 977 | Geopolitika
"Bu, erməni həyasızlığının son nöqtəsidir"

Ramiyə Məmmədova: "Erməni katolikosu da sayıqladı"

 

"Ermənilər Dağlıq Qarabağ məsələsini öz xoşları ilə həll etməyəcək. Artıq bunların hər cıxışlarında, “Qarabağı işgal etməmişik, sadəcə ata-baba torpaqlarımızı qaytarmışıq” -demələri həyasızlığın son nöqtəsidir.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Ramiyə Məmmədova mayın 28-də böyük Kilikiya Katolikosu I Aramın Antilles Apostol Kilsəsində (Livan) Ermənistan Respublikasının elan olunmasının 101-ci ildönümünə həsr olunmuş xütbəsində, işğal olunmuş Azərbaycan torpaqlarının - Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və "vahid Ermənistanın bərpası” ilə bağlı çağırışlarına münasibət bildirərkən bildirib.

 

R.Məmmədova Kilikiya katolikosunun erməni həyasızlığına məxsus şəkildə Ermənistanı dəstəkləyən çıxışına diqqət çəkib. Bildirib ki, çıxış edən katalikos - ""Qarabağ, xalqın qanı ilə qeri alınmışdır və bu məsələdən imtina Ermənistanın müstəqilliyi üçün qəbul edilə bilməzdi", "Qarabağ ələ keçirilmiş ərazilər deyil, doğma torpaqlar qəhrəmanlarımızın qanı ilə qayıtmışdır" "Birliyin və vahid Ermənistanın var olması Qarabağın Ermənistana birləşdirilməsi ilə başlayacaq ", - kimi şüarlar səsləndirib.

 

Politoloq belə bir acıqlamanın ardınca da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində mitinqlərə hazırlaşması barədə Sasna Çrer üzvü Areq Kureqyanın yaydığı məlumatı önə çəkib. Hansı ki, məlumatda mitinqlərdə işğal bölgəsinin Ermənistana birləşdirilməsi məsələsinin qaldırılacağı deyilib. Erməni, “Qarabağ Ermənistandan ayrı olmamalıdır, bura Ermənistanın bir vilayəti olmalıdır və qubernator idarə etməlidir” - deyə bəyanat verib, eləcə də Qarabağın girişində “Qarabağ Ermənistanın ərazisidir” şüarını yazılmasını təklif edib.

 

Ramiyə Məmmədova işğal altında qalan mövcud vəziyyəti təhlil edərək bunu ölkəmizə qarşı ciddi təxribat kimi dəyərləndirib:

"Artıq ermənilərin "Qarabağ xülyası", pis yuxuya bənzəməzyə başlayıb, həm yuxuda, həm də oyaq vaxtı "Qarabağ"- sayaxlayırlar, cünki özdəri də bilirlər ki, Azərbaycan Dağlığ Qarabağdan imtina edən deyil və bügünkü Ermənistandaki abu - hava və münaqişənin uzanması, ac galan milləti o gədər bezdirib ki, Qarabağı fıkirləşmək belə istəmirlər".

 

Politoloq bildirib ki, istər dini rəhbərlərin, istərsə də partiyaların bu durumdan xəbərləri olsa da, onlar klanlararası qarşıdurmanı bayraq tutaraq insanları bu yoldan imtina etməməyə cağırırlar.

"Ermənistan xalqının maddi durumunun, iqtisadiyyatının bərbad olduğu hər kəsə bəllidir. Hələ siyasi klanlar arasındakı savaşı da bunun üstünə gəlsək, ermənilərin nə düşündüklərini bilmək elə də cətin deyil. Artıq klan rəhbərlərinin bir-birlərinə olüm təhdidlər yağdırması adi hala çevrilib. Paşinyanın bu gərgin vəziyyətdən və ona yönələn təxribatlardan necə yayınacağını, kimə üz tutacağını görmək maraqlıdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ