Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə... 

21:30 12-06-2019 | icon 70 | Geopolitika
Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə... 

Türkiyənin Müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri iki hissədən ibarət oldu.

 

Versus.Az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə Hulusi Akarın əvvəlcə Naxçıvanda azərbaycanlı həmkarı Zakir Həsənovla “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş təlimlərini müşahidə etdiyi bildirilib:

 

“İki ölkənin birgə keçirdiyi və 4 gün davam edən təlimlərdə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

 

Təlimi izləyənlər arasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da var idi. Vasif Talıbov daha sonra Hulusi Akarla görüşdə Türkiyənin Naxçıvana verdiyi hərbi dəstəklə bağlı maraqlı rəqəmlər söyləyib: “1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib”.

Bunların açıq söylənməsi olduqca vacibdir, mesaj xarakteri daşıyır. Əslində Vasif Talıbovun səsləndirdiyi rəqəmlər ondan xəbər verir ki, Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə bunu rəsmiləşdirmək lazımdır.

Onsuz da ermənilər açıq deyirlər ki, Türkiyənın Naxçıvanda hərbi varlığı onlarda şübhə doğurmur və son hərbi təlimlər Ermənistana qarşı yönəlib. Bu fikirdə həqiqət ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirdiyi birgə hərbi təlimlər Ermənistanı Naxçıvana qarşı mümkün təxribatlardan çəkindirməlidir”.

Təhlildə qeyd edilib ki, Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalıdır:

“Eyni zamanda Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir. Ermənistan da eyni siyasətdən çıxış edir. Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin”.

Mərkəzin təhlilində Hulusi Akarın Qəbələyə gəlməsi və Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşünün keçirilməsi məsələsinə də toxunulub:

“Qəbələdə Azərbaycanın və Türkiyənin Müdafiə nazirləri ikitərəfli danışıqlar apardılar. Zakir Həsənov bir daha qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub, bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir.

Zakir Həsənov daha sonra Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə görüşündə önəmli fikirlər söyləyib. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə diqqət çəkən Zakir Həsənov NATO ilə əməkdaşlığı da unutmayıb. O söyləyib ki, əməkdaşlığımız NATO-nun keçirdiyi proqramlar çərçivəsində və digər sahələrdə aparılır və bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsi vacibdir.

Görüşdə Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Gürcüstan NATO üzvü olmaq istəyir, Azərbaycanın hələ ki, belə bir hədəfi yoxdur. Buna baxmayaraq Zakir Həsənov iki ölkənin NATO proqramlarında birgə iştirakına diqqət çəkir, o cümlədən boru xətlərinin birgə qorunması vacibliyini vurğulayıb. Boru xətlərinin qorunması məsələsində də Azərbaycanla Gürcüstanın NATO-nun imkanlarından istifadəsi nəzərdə tutula bilər. Bu isə o deməkdir ki, Azərbaycanın Müdafiə naziri gürcü həmkarı kimi NATO ilə sıx inteqrasiyanın tərəfdarıdır. Qəbələdəki ikitirəfli və üçtərəfli görüşlər həm də ona görə vacib idi ki, rəsmi Tiflis Azərbaycanla strateji münasibətlərə diqqət yetirsin, bu əməkdaşlığa xələl gətirən adımlardan çəkinsin. Çünki rəsmi Tiflisin Azərbaycan və Türkiyə ilə artan hərbi əməkdaşlığı birinci növbədə Gürcüstanın maraqlarına xidmət edir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Jurnalistin qardaşının evi yenə qarət edildi

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb