“Müxalifətdaxili intriqalar, çəkişmələr, qısqanclıqlar..."

09:23 29-06-2019 | icon 458 | Siyasət
“Müxalifətdaxili intriqalar, çəkişmələr, qısqanclıqlar..."

Əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan verən addımlar atılması son zamanlar iqtidarın sosial dayaqlarını bir qədər gücləndirib. Hakimiyyətin mövqelərinin güclənməsi isə təbii ki, müxalifətin marağına uyğun deyil. Balans yaratmaq üçün müxalifətin də öz mövqelərini, dayaqlarını gücləndirmək qayğısı yaranıb. Bəs müxalifət düşərgəsi öz mövqelərini möhkəmlətmək və iqtidara qarşı mübarizədə əlini gücləndirmək üçün nələr edir və ya etməlidir? Ənənəvi mübarizə üsulları, yoxsa yeni taktikaya ehtiyac var?

 

VİP sədri Əli Əliyev bildirib ki, iqtidarın mövqelərinin güclənməsi ilə bağlı deyilənləri bölüşmür. Çünki hələlik baş verənlər əhalinin sosial həyatında dəyişiklik yaratmayıb: “Son qərarlar əsasən administrativ strukturları əhatə edir. Minimum əmək haqqı məsələsini nəzərdə tutursunuzsa, o oktyabrdan olacaq. Bu gündən isə qiymətlər qalxmaqda, bazar bahalaşmadadır. Bax, bu gün şəkərin qiyməti qalxıb. Sabah nə isə başqa ərzaq bahalaşacaq. Yəni oktyabrda veriləcək artım artıq indeksasiya olacaq. Bu da mənim yanaşmamdır.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

Bizim iddialarımız subyektiv sayıla bilər. Proses göstərir ki, müxalifət düz yoldadır. Sadəcə, getdikcə təbliğatı artırmalıyıq".

Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, son zamanlar hakimiyyət minimum əmək haqlarının qaldırmaq,  həmçinin müəllim, hərbçi, polis kimi  bəzi peşə sahələrində işləyənlərin də məvaciblərini artırmaqla bəzi sosialyönümlü müsbət addımlar atır:

“Ancaq mən deməzdim ki, bu kampaniya xarakterli addımlar iqtidarın cəmiyyətdəki mövqelərini ciddi şəkildə möhkəmlədir. Bu, ancaq permanent və taktiki addımlar kimi dəyərləndirilə bilər. İqtidar xalqın dəstəyini qazanmaq üçün sosial-iqtisadi, siyasi sferalarda köklü, ardıcıl və sürətli islahatlar aparmalıdır.  O ki qaldı müxalifətin yeni metodlardan istifadəsinə, mən düşünürəm ki, burada ”yenidən velosiped" kəşf etməyə ehtiyac yoxdur. Müxalifətin işi iqtidardan narazı elektoratın mübarizəsini və müqavimətini təşkil etməkdir. Sadəcə olaraq, müxalif düşərgədə çoxdandır dəyişikliklər olmur. İnsanlar artıq illərdir ki, eyni simalardan yorulub və onların böyük əksəriyyətinə etimad etmir. Müxalifət öz daxilində yeni liderlər yetişdirib cəmiyyətə təqdim etməlidir. O da öz növbəsində narazı elektoratın etimadını qazanmalı və etirazı təşkil etməlidir. Ancaq bu zaman hakimiyyət güzəştlərə məcbur edilə bilər. Yəni biz çalışmalıyıq ki, xalq faktorunu siyasi səhnəyə qaytaraq. Bir sözlə, ən böyük yenilik və yeni taktika xalqın etimadını geri qaytarmaqdır".

 

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov qeyd edib ki, iqtidarın son sosial sahədə atdığı addımlar qismən də olsa cəmiyyətdə müəyyən qədər gərginliyin aradan qaldırılmasına kömək göstərib. Lakin hələ ciddi effekt verməyib:

“Müxalifətin əlində inzibatı, maliyyə, böyük insani resurslar olmasa da hesab edirəm ki, mövqeyi iqtidarınkından güclüdür. Çünki ölkədə ciddi narazılıqlar qalır. Korrupsiya, rüşvətxorluq, məmur özbaşınalıqları, israfçılıq, hakimiyyət qolları arasında qarşılıqlı nəzarət və əlaqələrin olmaması, məhkəmələrin durumu və sair kimi hallar müxalifətə böyük imkanlar yaradır. Eyni zamanda Qarabağ probleminin dalana dirənməsi iqtidar üçün minuslardır. Lakin müxalifət ənənəvi mübarizə üsulundan çıxa bilməyib. İnnovasiyalardan, yeni təşəbbüslərdən istifadə etmirlər. Xalqla və beynəlxalq ictimaiyyətlə əlaqələrdə çətinliklər qalır. Müxalifətdaxili intriqalar, çəkişmələr, qısqanclıqlar da bu düşərgənin güclənməsinə maneçilik törədir. Mənə elə gəlir iqtidar yaxşı anlayır ki, sosial sahələrdə kiçik güzəştlər qısa zaman üçündür. Köklü islahatlara da getmək risklidir. Odur ki, müxalifət onun üçün yaranmış fürsəti dəyərləndirməyi bacarmalıdır. Nəzərə almaq lazımdır ki, qarşıdakı payız aylarında ölkədə və regionda proseslər sürətlənəcək. Ən azından müxalifət buna hazırlıqlar görməlidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ