“Mediamızda görüləsi işlər çoxdur”

15:15 21-07-2023 | icon 1511 | KİV
“Mediamızda görüləsi işlər çoxdur”

Aydın Quliyev: “Media dövlətin dəstəyinə güvənmədən güclü ola bilməz”

 

“148 yaşı olan Azərbaycan Mətbuatı böyük tarix yaşayıb. Dünyada əsir yarımlıq böyük tarixə söykənən az-az belə mətbuat var. Yazılı mətbuatın ixtirası, buna sahiblənmək hər bir xalqın bəşəri sivilizasiyasına milli rusloda  təqdim  eldiyi bir nailiyyətdir. O cümlədən də Azərbaycan xalqının Milli Mətbuatı ilə qürur duymağa haqqı var”.

 

Versus.Az xəbər verir ki, bunu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Aydın Quliyev 148 yaşını qeyd etdiyimiz Milli Mətbuatımızın bugünkü durumu və perspektivləri ilə bağlı açıqlamasında bildirib.

 

A.Quliyev Azərbaycan Məbuatının 148 ildə müxtəlif mərhələlədən keçdiyini, özünün milli xüsusiyyətlərini və inkişaf meyilliliyini heç vaxt itirmədiyini  qeyd edib. O, bildirib ki, çap formasında fəalyyətə başlayan Azərbaycan mediası bu gün ən müxtəlif seqmentlərdə öz mövcudluğunu təsdiqləyir. Bu gün ölkənin yeni yaranan  onlayın, efir, internet televiziaları ilə yanaşı, çap mətbuatı da öz varlığını  qoruyub saxlaya bilir.

 

A.Quliyev dövlət, hökumət və şəxsən ölkə Prezidentinin  media seqmentlərinin kökündə dayanan, böyük  milli ənənəsi, tarixi olan çap məbuatının bundan sonra da qorunub saxlanması üçün dövlət dəstəyini zəruri hesab etməsini müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, artıq Azərbaycan  mediası qanunvericilik müstəvisində də özünün möhkəmləndirilməsini əsas fakt kimi təsdiqləyib:

 

“Azərbaycan mediasına dövlət dəstəyinin zəruri olduğu özünü doğruldub. Əvvəl bu instituta qarşı ölkə daxilində, beynəlxalq miqyasda müəyyən təpkilər olsa da, artıq sübut olundu ki, Azərbaycan mediaya dövlətin dəstəyini şəffaflaşdıran ilk dövlətdir. Bu da düzgün, perspektivli yoldur. Azərbaycan mediası bu gün həm peşə maraqlarını, həm də milli dövlətçilik, təhlükszilik maraqlarını bir arada tuta bilir. Medianın yaradıcılığı, peşəkarlığı bir nailiyətdir, amma dövlət və peşə nailiyyətləri arasında balansı qoruyub saxlamaq, möhkmləndirmək Azərbaycan mediasının ikinci peşəkarlıq nailiyyəti, göztəricisidir”.

 

A.Quliyev bütün bunlarla yanaşı mediamızda görüləsi işlərin çox olduğunu deyib. Onun qənaətinə görə, Azərbaycan mediasının sərbəstliyinin daha da artırılması yönündə ciddi işlər görülməlidir. Eləcə də medianın maliyyələşdirilməsi isiqamətində işlər davam  etdirilməlidir:

 

“Bugünkü vəziyyət sübut edir ki, media öz dövlətinin dəstəyinə güvənmədən  güclü ola bilməz. Müasir dövlətlər öz mediasının timsalında daxildəki gücə söykənmədən işlərini, siyasətni tam  uğurla həyata keçirdə bilməz. Xüsusilə, medianın ölkə daxilində tənqidi ruhda fəaliyytinin genişləndirilməsi üçün müəyyən addımlar atılmalıdır. Əlbəttə, bu təkcə dövlətdən asılı deyil, media özü də daxili senzuradan çıxmalıdır. Çünki bu gün dövət, şəxsən prezidentin özü də, tənqidi, ancaq sağlam tənqidi medianın mövqeyinin gücləndirilməsində maraqlıdır. Ona görə ki bu, ölkənin xüsusilə də daxili məsələlərdə daha səmərəli və perspektivli idarə olunmasında öz töhfəsini artıq dərəcədə ortaya qoya bilər. Əgər Mediamız özü daxili senzura kompleksindən çıxmağı bacarsa, dövlət idarəçiliyində iştirakı daha da artar, bu halda dövlətin mediaya dəstəyində də yeni yollar arta bilər”.

 

A.Quliyev ümumən 148 ildə gəldiyimiz yolun indiki durumunu qənaətbəxş hesab edib. Onun fikrincə, Azərbaycan mediası təkcə “illəri illərə calamaq” kimi sadə bir yol keçməyib. Ortata məzmun və perspektivə yönəlik nailiyyətlər var.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq