Arif Paşa istintaqdan gizlətdiyi sirri illər sonra açdı

17:48 08-10-2019 | icon 793 | Qarabağ
Arif Paşa istintaqdan gizlətdiyi sirri illər sonra açdı

“Qubadlı və Adil Həşimov mənim üçün tamamlanmış, eyniləşmiş anlayışalar idi. Hər ikisini sevirdim! Hər ikisi həyatımın acılı-şirinli anlarında mənimlə idi. Sonra ikisi də qəlbimə köçdü. Əvvəl biri, sonra o birisi. Oz yerlərində nisgil, köz kimi yandıran ağrı-acı qoyub getdilər”. 

 

Versus.Az xəbər verir ki, bunu Laçın Alayının sabiq komandiri, polkovnik Arif Paşa Qubadlı batalyonunun sabiq komandiri Adil Həşimovun qəfil ölümündən danışarkən deyib.

A.Paşa bildirib ki, 41 illik kişi dostluğunun bu dünyadakı ömrü beləcə başa çatıb: 

“İlk gəncliyin ən mərhəm hislərinin bölüşdürülməsi ilə başlayan, azadlıq, vətən, millət yolunda savaşlardan keçən, mənim zindan həyatımın çətinliklərini birlikdə addımlayan dostluğun!”. 

 

Sabiq komandir uzun illərdir gizli saxladığı və hətta istintaqa da məlum olmayan sirri açıb: 

“Mənə qarşı açılan saxta cinayət işində istintaqçıların ciddi-cəhdlə axtardığı “məni gizlədən tanımadığım adam”ın adını daha deyə bilərəm - Adil Həşimov. Daha rahatam. Əliniz catmaz! Ürəyinin böyüklüyünə həmişə həsəd apardığım qardaşım! Nə qədər sağam, qəlbimdə yasayacaqsan! Şəhid olsam, görüşəcəyik...

Daimi məskənin canından çox sevdiyin Azərbaycan xalqının qəlbidir! Ruhun şad olsun, şərəfli Azərbaycan zabiti!”

 

Xatırladaq ki, A.Paşanın barəsində söhbət açdığı istintaq 90-cı illərdə MTN-dən sirli qaçışla bağlıdır. A.Paşa ona yer verən şəxsin adını nə istintaqa, nə də illər sonra mətbuata açıqlayıb. O, 2009-cu ildə yerli mətbuata müsahibəsində MTN-dən qaçdıqdan sonra ancaq Azərbaycan ərazisində olduğunu deyib: 

 

“Yerimi və bəzən də görkəmimi müəyyən qədər dəyişirdim. Elə olurdu ki, avtobusda tanıdığım adamla və ya hüquq-mühafizə orqanı əməkdaşı ilə yan-yana otururdum. Ancaq tanımırdılar. Bəzən təəccüblənir və təəssüflənirdim ki, gör Azərbaycan necə təhlükəli vəziyyətdə yaşayır. Deməli, hansısa düşmən kəşfiyyatçısı da gəlib buarada sərbəst hərəkət edə bilər. Bir müddət gizli yaşayandan sonra Milli Məclisə məktub yazdım. Məktubda şərtlər qoydum. Şərt qoydum ki, mənim məhkəmə prosesim açıq və qərəzsiz keçirilməlidir. Müraciətim qəbul olundu. Gəldim Xalq Cəbhəsinin qərargahına. Təşkilatın rəhbərliyinin müşayiəti ilə getdim Ali Məhkəməyə. Məhkəmədə mənə qarşı irəli sürülən ittihamlar sübuta yetirilmədi və bəraət aldım. Günahsız həbs olunduğumu bilən adam həbsdən qaçırsa və onun günahsızlığı məhkəmədə sübut olunursa, həmin şəxs qaçdığı üçün cəzalandırılmır. Məni də həmin vaxt buna görə həbs etmədilər. Lakin üç ay sonra - Ələkrəm Hümbətov həbs olunduqdan 4-5 gün sonra məni yenidən sorğu-suala tutdular. Kimlərin evində gizləndiyimi öyrənmək istədilər. Dedim ki, mən türk kişisiyəm. Türk kişisi dar gündə ona evini verən, kömək edən adamları satmaz. Dedim ki, mənə güllələnmə verilsə də, o adamların adını çəkmərəm. Çox cəhd etdilər. Ancaq istəklərinə nail olmadılar. Ona görə də məni təcridxana rejimini pozmaqda və cəzaçəkmə yerindən qaçış ittihamı ilə həbs edib 5 il iş verdilər. Beləliklə, mən bəraət almağıma rəğmən təcridxanadan qaçandan 1 il 2 ay sonra yenidən həbs edildim. 1 ildən bir qədər çox qanunsuz həbsdə saxlanandan sonra amnistiya ilə azad olundum".

 

İndi isə məlum olur ki, Arif Paşa MTN-dən qaçırıldıqdan sonra ona evində yer verən şəxs məhz bu günlərdə dünyasını dəyişən Adil Həşimov olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili