İmmuniteti çökdürən ərzaqların QARA SİYAHISI

14:28 16-10-2019 | icon 304 | Sağlamlıq
İmmuniteti çökdürən ərzaqların QARA SİYAHISI

Adətən biz immuniteti qaldıran qidaları axtarırıq. Amma unuduruq ki, gündəlik yediklərimiz immunitetimizi azalda da bilir. Payız-qış aylarında insana lazım olan güclü immunitetdir.

 
 
Versus.Az Medicina.az-a istinadən immun hüceyrələrin aktivliyini azaldan, onları zədələyən 5 qida tipini ayırd edib.
 
 
Əgər ay ərzində bu qidaları ailəlikcə yeyirsizsə, o zaman sizin immun sisteminiz cökəcək.
 
 
1.Qızadılmış istənilən yemək, ərzaq və s.
 
İndi dəbdədir suda bişən düşbərə, gürzə, xingəli də yağda qızardırlar. Kolbasa, sosisi alıb, suda bişirmək əvəzinə qızardırıq. Əlimizə nə keçir, yağda qızartmasaq yemirik. Dağ yağda qızardılmış yeməklərdə trans yağ, doymuş yağ turşusu və kanserogen maddələr əmələ gəlir. Bunlar isə immun hüceyrələrə yad maddələrdir. Yaxşı olar ki, daha çox suda, manqalda, buxarda, sobada yemək bişirəsiz.
 
 
2.Şirniyyatlar – konfetdən tutmuş peçenyeyə kimi
 
Bu gün qidamızın 60%-i şirniyyatdır. Çox şirniyyat qəbulu qlükozanı artırır, qarın, bel nahiyəsində piy yığır, qaraciyəri piyləndirir, immun hüceyrələri dağıdır. 
 
Tərkibində şəkər, qənd olan bütün içki, sous, konfet, bişmişləri azaldın. Şəkəri bal, meyvə, giləmeyvə, tərəvəzlərdən ala bilərsiz.
 
 
3.Heyvani piy və yağlar
 
Deyəcəksiz yemirik. Amma yarımfabrikatlarda, sosis, kolbasa, yumurta, kərə yağı, süd məhsulları bəs hansı yağdandır? Transyağları tamam çıxarın. Təmiz bitki yağlarına üstünlük verin. 
 

4.Hazır fabrik qidası

 
Evdə bişirilməyən nə varsa, marketlərdə, fast-food və bəzi kafelərdə fabrik yeməyi sayılır. 
Qutuda, qablaşmada olan qidalar, uzun müddət xarab olmayan yeməklər, duzlu, şəkərli qidalar sintetik əlavələrlə zəngindir. Bu immun hüceyrələrini depressiv vəziyyətə salır, onlar demək olar, ac qalır. 
 
 
5.Qırmızı ət və ət məhsulları
 
Deyəcəksiz, dədə-babamız yeyirdi. Dədələrimiz bu əti bu formada bişirib yemirdi. Son elmi tədqiqatlar göstərib ki, qırmızı ət immuniteti azaldır. Həftədə 1 -2 dəfə 100 qr olmaqla yaxşı bozbaş, bifştesk, steyk yemək olar. Çünki ət olmayanda insan depressiyaya düşür. 
 
 
6.Kofein tərkibli qidalar
 
Energetik içkilər, qazlı sular, rəngli çaylar, qəhvə - yuxunu pozur, mədəaltını pozur və immunitet yuxu normal olmadıqda düşür. Ona görə kofe içəndə immunitetinizi də yada salın.
 
Ən ucuz qidalanma elə sağlam qidalanmadır. Göyərti, qatıq, su, təzə tərəvəz, meyvə pörtlədib yemək, təmiz hava, 8 saatlıq yuxu, idman, 1 saat gəzinti, sakitlik, gülmək, müxtəlif bitki çayları və s. immunitetə yetərlidir.
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI