Qidalar soyuducuda necə saxlanılmalıdır?

00:28 21-10-2019 | icon 613 | Maraqlı
Qidalar soyuducuda necə saxlanılmalıdır?

Bunlara mütləq diqqət edin! 

 

Adətən aldığımız məhsullar böyük əksəriyyətini xarab olmasın deyə soyuducuda saxlayırıq. Bəs qidaları soyuducuya yerləşdirmə qaydalarına doğru əməl edirikmi?

 

Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, qidalar soyuducuda düzgün qaydada saxlanılmalıdır. Soyuducuların təmizlənməsi sağlamlıq baxımından nəzərə alınan ilk amil olmalıdır.  soyuducu təmizləmək üçün Sirkədən  istifadə edilə bilər. 1 xörək qaşığı sirkəni 1 litr su ilə qatıb  soyuducunuzu silə bilərsiniz.

 

- Səhər yeməyi üçün qablaşdırılmış qidalarınızı gigiyena baxımından soyuducunun ən yuxarı rəfində saxlayın. Əks təqdirdə, plastik torbalarda saxladığınız meyvə və tərəvəzlərdəki bakterialar səhər istifadə edəcəyiniz qidalara keçə bilər. Əgər soyuducunuzun buzluq hissəsi ən aşağıdadırsa, yen ədə səhər yeməyi üçün olan qidaları ən üst hissədə saxlamaq lazımdır. 

 

- İkinci rəfdə  adətən bişmiş və yenidən istifadə ediləcək qidalar yerləşdirilməlidir. Bu qidaların üstünün bağlı olmasına diqqət edin. Yeməklər bir-biri ilə təmasda olmamalıdır.Çünki bu qidalar qızdırılıb yenidən istifadə ediləcək və ona görə çiy qidalardan daha risklidir. 

 

- Çiy ət, qatıq kimi qidalar üçüncü rəfdə ağız bağlanıb və bir-biri ilə təmas etmədən düzgün qablara yerləşdirilməlidir. Toyuq və balıq da bu rəfdəki şüşə qablara yerləşdirilərək saxlanıla bilər.

 

- Soyuducunun  ən alt hissəsində meyvə- tərəvəzlərinizi saxlaya bilərsiniz. Lakin ən böyük səhv meyvə- tərəvəzləri mağazadan aldığınız plastik torbalarda soyuducuya qoymaqdır. Qidaları paketlərindən çıxarmaq lazımdır. Əgər nəmdirsə qurudulmalı və sonra soyuducuya qoyulmalıdır. Yaxşı olar ki, bu kimi qidalarınızı yuyub təmiz şəkildə soyuducuda saxlayasınız. Bu həm də  sonradan onları istifadə edərkən sizin üçün rahat olacaq. Bu kimi qidaları plastik olmayan xüsusi saxlanc qablarında da saxlaya bilərsiniz.  

 

Buzluqdan istifadə edərkən bunlara diqqət edin: 

- Buzluqda  ən vacib olan gözləmə müddətidir. Qidalar dondurulduqda, içindəki bakteriyalar dondurulur. Lakin, onlar ölmürlər. Ərimə prosesi başlayan zaman həmin bakteriyalar yenidən aktivləşməyə başlayırlar. Bu səbəblə qidaları dondurucuda nə qədər qalması çox vacibdir. Çünki qidaların quruluşu və toxuması dəyişməyə başlayır. İşlənməmiş çiy tərəvəzlər dondurucuda 1 ilə qədər qala bilər. Bişiriləcək olan tərəvəz maksimum 2-3 ay saxlanmalıdır. Buzluqdan çıxarıldıqdan sonra isə dərhal istifadə edilməlidir. Balıq 2-3 ay, çiy ət və ya qıyma 9-12 ay burada saxlanıla bilər. Bişmiş qırmızı ət isə 2-3 ay saxlanıla bilər. Toyuq və hinduşka əti, çiy olsa da, dondurucuda 3 aya qədər saxlanılmalıdır. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI