"Vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an silaha sarılmağa hazırıq"

13:26 21-10-2019 | icon 87 | Şəhidlər və şahidlər
"Vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an silaha sarılmağa hazırıq"

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Natiq Babayev və Namiq Abdullayev Şəhidlər xiyabanında anılıb.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə oktyabrın 20-də Şəhidlər Xiyabanında 811 saylı Laçın dağ-atıcı alayının şəhid olmuş əsgərləri Natiq Babayev və Namiq Abdullayevin anım tədbiri keçirlib.

 

Tədbirdə şəhidlərin ailə üzvləri, onlarla çiyin-çiyinə savaşmış döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Qəhrəman vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.

 

Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov çıxış edərək Azərbaycanda şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Laçın rayonunun seçilən rayonlardan olduğunu bildirib:

 

"Bu gün bu müqəddəs məkanda uyuyan, torpaqlarımız uğrunda canlarını fəda etmiş Natiq və Namiq şərəfli bir həyat yaşadılar. Onlar yaşadıqları qısa ömürləri ilə gəncliyə, gələcəyə nümunə oldular. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir kəs diqqətə, hərmətə layiqdir. Sədri olduğum ictimai birliyin təşkilatçılığı ilə biz tez-tez şəhid ailələrinə baş çəkirik, xüsusi anım günlərini keçiririk. Düşünürəm ki, şəhidlərimizi yad etmək, onların xatirəsini uca tutmaq hər birimizin ən müqəddəs borcudur. Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə dövlətin xüsusi diqqət və qayğısı var. Şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə, təşkilatımız adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm və biz, keçmiş döyüşçülər vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an onun əmri ilə silaha sarılmağa hazırıq”.

 

Daha sonra tanınmış şairlər İlham Qəhraman və Nazim Əhmədli, 811 saylı hərbi hissənin qərargah rəisi olmuş Rafiq Nağıyev və veteran Babək Məmmədov şəhid döyüşçülərimizin həyatından, keçdikləri döyüş yolu ilə bağlı xatirələrindən danışıblar.

 

Qeyd edək ki, Namiq Samil oqlu Abdullayev 1962-ci il 27 aprelde Bakinin M.Resulzade qesebesinde anadan olub. Namiq 1991-ci ilin axırlarından könüllü hərbi birlikdə sonradan isə 811 saylı hərbi hissədə ermənilərə qarşı aparılan bir çox əməliyyatlarda fədakarlıqla iştirak edib. Namiq Abdullayev 1992-ci ilin 19 oktyabrında şəhid olub.

 

Babayev Natiq Rafiq oğlu 22 noyabr 1972-ci ildə Laçın şəhərində doğulmuşdur. 811 saylı hərbi hissənin əsgəri olan Natiq Babayev 1992-ci il oktyabrın 19-da Tığik kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Əhmədli kənd mədəniyyət evinə Natiq Rafiq oğlu Babayevin adı verilmişdir.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

Qadının ən gizli orqanının sirri açıldı

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Yatanda ayaqların arasına yastıq qoyun

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

Onu ömürlük həbs cəzası gözləyə bilər

Paşinyan yenə sərsəmlədi və...