Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub

15:27 21-10-2019 | icon 341 | Mədəniyyət
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub

Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub.

 

Versus.Az xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

 

Yubiley tədbirində qeyd olunub ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Astara rayonunda da silsilə tədbirlər keçirilir.

 

Həmin tədbirlərin davamı olaraq Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı musiqili ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Tədbirdə Astara Pedaqoji Kollecinin tələbələri, rayonun ümumtəhsil məktəblərinin şagirdləri və Lənkəran Dövlət Dram Teatrının aktyorları böyük şairin qəzəllərini, Astara Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin üzvləri Nəsiminin qəzəlləri üstə muğam parçaları ifa ediblər.

 

Tədbir iştirakçıları, həmçinin mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kitab və rəsm sərgisi ilə də tanış olublar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ