Milli Şuranın təhqir etdiyi jurnalist və Azərbaycan qadını – MİTİNQDƏN REPORTAJ

12:09 15-04-2018 | icon 1168 | Siyasət
Milli Şuranın təhqir etdiyi jurnalist və Azərbaycan qadını – MİTİNQDƏN REPORTAJ

 

Bu mitinqlə ATƏT-ə bir daha sübut etdilər ki, Azərbaycanda demokratiya var

 

Versus.Az aprelin 14-də “Məhsul stadionu”nda keçirilən mitinqi müşahidə edib.

 

Dizayn pis deyildi...

 

Amma mənə ən çox ləzzət edən o stadionun girişindəki yoxlama məntəqəsində polis zabitinin ayağı büdrəyən yaşlı qadının əlindən tutub "buyurun buradan keçin" deməsi. Və ürəyimdən "Allahım, bizim milli birliyimizi, vətəndaş həmrəyliyimizi qoru" demək keçdi və dedim də...

 

Bugünkü mitinqdə iki nüans təəccübümə səbəb oldu:

 

  1. Azərbaycanda QADINLIQ ÖLÇÜSÜNÜ "Leyla Yunus və Xədicə İsmayıl meyarı" əsasında zorən müəyyənləşdirib Xədicəyevalaşmanı yaşam tərzinə çevirmək:
  2. Coğrafiya İnstitutunun direktorunun jurnalistlərə vurduğu zərbənin yarası sağalmamış Milli Şura üzvü Vidadi Mirkamal bütün ev alan, orden və medallarla təltif olunan jurnalistlərə "həyasız" dedi. Böyründə də "tanınmış yazar Zümrüd Yağmur", Əli Kərimli, Cəmil Həsənli, aşağıdan da Gültəkin Hacıbəyli, meydanın sol küncündən də... sonra deyəcəm kim baxırdı...

 

Milli Şura üzvlərinin görmək istədikləri və gəldikləri SON QƏNAƏT BU OLDU:

  1. Azərbaycan Qadını Bahar Muradova, Gövhər Baxşəliyeva kimi deyil, Leyla Yunus, Xədicə İsmayıl kimi olmalıdır:
  2. Azərbaycan jurnalisti Eynulla kimi deyil, Qənimət Zahid kimi olmalıdır:
  3. Azərbaycan elm adamı Yaqub Mahmudov kimi deyil, Cəmil Həsənli kimi olmalıdır:
  4. Azərbaycanın din adamı Allahşükür Paşazadə kimi deyil, Tale Bağırzadə kimi olmalıdır.

 

 

Görünənlər nə oldu?

 

Görünən çox zadlar var idi mitinqdə:

  1. Artıq Milli Şura Gültəkin Hacıbəylini heç “priznavat” eləmək istəmir.
  2. Gültəkin Hacıbəyli özü də artıq Milli Şurada təmsil olunanlardan maksimum səviyyədə qaçmağa çalışır.
  3. Gültəkin Hacıbəyli Milli Şura üzvlərinin “bu hakimyyətə istefa!” şüarı ilə qətiyyən razı deyil. Əgər Gültəkin xanım bu konuda, MiŞ-çılarla razı olsaydı, onda bu xanım da Zümrüd Yağmurun “səsimizə səs verənlər, əlinizdəki qırmızı kartları qaldırın!” çağırışına o da səs verərdi. Ancaq görünən bu oldu ki, düz yanında dayandığım Gültəkin xanım nə bu sözü eşitdi, nə də kartı qaldırdı.
  4. Yeri gəlmişkən, Azərbaycan himnini Əli Kərimli və Cəmil Həsənli, eləcə də Arif Hacılıdan fərqli olaraq sidq ürəkdən oxuyan Gültəkin xanım adı çəkilən MiŞ-çılardan fərqli olaraq bir dəfə də olsun “is-te-fa!” qışqırmadı.
  5. “Onların və bizim liderimiz” məsələsində də Gültəkin Hacıbəylinin MiŞ-çıların qışqırıqları formatında susqunluğu və gördüklərini analiz edirmişcəsinə davranması, hətta əl çalmaqdan belə vaz keçməsi apaydın şəkildə deməyə əsas verir ki, bu xanımın mərhum Prezident Heydər Əliyevə münasibəti təmsil olunduğu qurumdakılardan çox fərqlidir…

 

Mitinqdə Arif Hacılının “Cümhuriyyət liderləri sağ olsaydı” dilemmasında Cəmil Həsənliylə onun fikirlərinin toqquşması, Əli Kərimliylə Arif Hacılının çıxışları zamanı birininin mücərrəd isim olan “hakimiyyəti” “istefa”ya çağırmaq və bu hakimiyyətdən bir çox məsələlərin həllində nəyisə gözləməklə bağlı inam hissinin təqdimatı arasında olan ziddiyyətlər, müəllimləri “seçki saxtakarları” kimi təqdim edəndən bir az keçməmiş “əsas saxtakar dairə və məntəqə komissiyaları üzvləridir, onlar həbs edilməli, onlar haqqında cinayət işi qaldırılmalıdır” çağırışıyla repressiyaya haqq qazandırma cəhdləri, jurnalistə “niyə yazmırsan, yaz da bu hakimiyyət haqqında tənqidi yazı” sifarişi, Gülağa Aslanlının vurulduğu “bəy havası” altında “450 müşahidəçi”nin eşqinə oynaması, meydanın küncündə boynu buruq halda özünü Əli Kərimli və Cəmil Həsənliyə göstərməklə “mən də burdayam” adlı strip-plastika oynayanların gerçək davranışları, Arif Hacılının Nida, REAL, KXCP arzularının gizlinləri, hətta keçirtdikləri mitinqin məqsədinin nədən ibarət olmasında Əli Kərimli-Cəmil Həsənli-Arif Hacılı triosunun ortaq yanaşma tərzinin olmamasından və sair məsələlərlə bağlı hər şey bütün çılpaqlığıyla yazılacaq, tələsməyin. Və doğrudan da, görünəcək kimlərin əli kimlərin cibindən çıxır. Mən bu hakimiyyətin yerinə olsam, bu Milli Şura deyilən quruma həftə səkkiz, Milli Şura doqquz deyə həmişə icazəli mitinq keçirməyə imkan yaradaram. Qoy danışıb özlərini bəyan etsinlər.

 

Məsələn, prezident seçkisindən iki gün sonra keçirilən mitinq-şounu Azərbaycanda demokratiyanın olmamasından danışan ATƏT-in gözünə soxmaq üçün bu, bir tutalğac oldu. Adama deyərlər ki, ay qurumsaq ATƏT, bu necə demokratiya pozulmasıdır ki, müxalifət öz söz azadlığını bəyan etmək üçün icazə istəyən kimi hakimiyyət buna heç bir etiraz etmir və aksiya da sakitlik baxımından çox yüksək səviyyədə baş tutur…

 

Bax, bütün bunları saf-çürük edəndən sonra Milli Şuranı bilmirəm, ancaq MiŞSEVƏRLƏRin hər biri öz sərsəri baxışlarından doğan “gözəlliyə” bir dizayn verib “Tanrım, Sən bizim milli birliyimizi, vətəndaş həmrəyliyimizi qoru!” deyəcək.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili