Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

13:18 16-11-2019 | icon 861 | Köşə
Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Bu gün nə edirik, nə edə bilirik, ona baxaq

 

VÜSAL QARAYEV

 

Öz aramızdır, burda yad yoxdur. Biz ki, şanlı tariximizdən, dövlətçilik ənənələrimizdən danışırıq ağızdolusu. Amma Şah İsmayıldan tut, Xanlıqlar, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, Heydər Əliyev və digərləri, yəni öncəki bütün quruluşlar, hakimiyyətlər və şəxsiyyətləri, hamısını çox ciddi məsələlərdə ittiham edirik. Nə bilim məzhəbçilikdə, yarıtmazlıqda, səriştəsizlikdə, rüşvətxorluqda, hətta satqınlıqda, xəyanətdə belə ittiham edirik. Yəni biz, özümüzdən öncəkini və sonra gələni hər zaman qəbul etməmişik, etmirik. Bu günkü bütün problemləri də onlara yükləyirik…

 

İlham Əliyev, onun hakimiyyəti də getdikdən sonra bu ittihamlara məruz qalacaqlar... O zaman, bir az qulağınızı yaxın gətirin, pıçıldayıram, hardan çıxdı o şanlı tarix, hardan yarandı o dövlətçilik ənənələri?!

 

Məncə belə olmaz, olmamalıdır. Hollywood filmlərində polislərin işlətdiyi bir söz var, SİZİN SUSMAQ HAQQINIZ VAR, İNDİ DEYƏCƏYİNİZ SÖZLƏR MƏHKƏMƏDƏ ƏLEYHİNİZƏ İSTİFADƏ OLUNACAQ…

 

Məncə, yaxşı nəsə deyə bilmiriksə, susmalıyıq, öz işimizə baxmalıyıq. Çünkü işlətdiyimiz sözlər Azərbaycanın əleyhinə istifadə ediləcək... Yaxşısıyla, pisiylə bu, bizim tariximiz, bizim dövlətimiz, bizim dövlətçiliyimizdir. Bu gün nə edirik, nə edə bilirik, ona baxaq. Dünənimizi qaralamadan, bu günümüzü xilas edə bilsək, sabahımız mütləq olacaq, həm də gözəl olacaq...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR