BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

13:14 21-11-2019 | icon 660 | Təhsil
BANM məzunları Azərbaycanı ABŞ-da qlobal yarışmada uğurla təmsil edib

Bakı Ali Neft Məktəbinin (BANM) iki məzunu Azərbaycanı “Üç dəqiqəlik tezis” (“3MT” – “Three Minute Thesis”) adlı qlobal yarışmada uğurla təmsil edib.

 

Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının məzunu Rauf Mahmudzadə və Neft-qaz mühəndisliyi ixtisasının məzunu Asiman Seyidzadə hazırda Luiziyana Dövlət Universitetində (Lafayet) magistratura pilləsində təhsil alırlar. Hər iki məzun yarışmanın universitet üzrə keçirilmiş ilkin mərhələsində qalib olaraq final mərhələsinə vəsiqə qazanıb.

 

Yarışmanın əsas məqsədi tələbələrin tədqiqat və akademik kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, eləcə də qısa zaman ərzində onların effektli təqdimat vərdişlərinin formalaşdırılmasıdır. Yarışmanın qaydalarına əsasən, iştirakçılar 180 saniyə ərzində hazırladıqları elmi işi o sahəyə aid olmayan auditoriya qarşısında lakonik formada təqdim etməlidirlər.

 

Hər il “Üç dəqiqəlik tezis” beynəlxalq yarışı dünyanın 200-dən artıq universitetində magistratura və doktorantura tələbələri üçün keçirilir. İlk dəfə 2008-ci ildə Avstraliyada keçirilmiş yarışma sonradan digər ölkələri də əhatə edib. Builki yarışma zamanı Luiziyana Universitetindən (Lafayet) cəmi 7 nəfər finalçı adını qazanıb. Yarışın universitet üzrə final mərhələsi 2020-ci ilin yanvar ayında keçiriləcək və qalib ABŞ üzrə seçim turuna qatılmaq hüququ qazanacaq, daha sonra yarışın beynəlxalq mərhələsində iştirak edəcək.

 

Xatırladaq ki, ötən il yarışmada iştirak etmiş BANM-in Neft-qaz mühəndisliyi ixtisasının məzunu Camal Əhmədov “People Choice Award”-a layiq görülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI