Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

12:38 11-12-2019 | icon 292 | Siyasət
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

2019-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

 

Mərkəzi Seçki Komissiyasından Versus.Az-a verilən məlumata görə, Milli Məclisin Mətbəəsində Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə şəffaf şəkildə keçirilən prosesi beynəlxalq və xarici qurumlar, kütləvi informasiya vasitələri və müxtəlif seçki subyektlərinin yaxından izləmələrinə hərtərəfli imkan yaradılıb. Tədbirdə seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın təmin olunması üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş işıqlandırılıb, eyni zamanda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

Seçki bülletenlərinin bu gün – dekabrın 11-də Naxçıvan Muxtar Respublikası və digər bölgələrdə yerləşən ümumilikdə 24 seçki dairəsinin, dekabrın 16-dək isə respublikanın bütün seçki dairələrinin dairə seçki komissiyalarına verilməsi nəzərdə tutulur. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təmin edilir.

 

Xatırladaq ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulan müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, noyabrın 30-dan etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5020287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteni çap olunub. Seçki Məcəlləsinə tələbinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA