Sinifə girən kimi ön partada əyləşdim

16:38 14-11-2017 | icon 1262 | Uşaq Dünyası
Sinifə girən kimi ön partada əyləşdim

Ayla Nəcəfli

Salam, mənim böyük və kiçik dostlarım. Çox üzür istəyirəm ki, bu müddət ərzində sizə məlumat verə bilmədim. Çünki məktəb açılandan sonra başım dərslərə qarışmışdı.

Nəysə, əsas  məsələyə keçək. Məktəbə gedəndə sinifə girən kimi ön partada oturdum və dedim ki, mən yerimdən duran deyiləm, heç kəs məni yerimdən durquza bilməz. Bunu deyən kimi bütün uşaqlar heyrətlə mənə baxdılar, hamının ağzı açıq qalmışdı…

Hələ də birinci partada əyləşirəm. Şəklim də şərəf lövhəsindədir. Mən 3-cü sinifdə oxuyanda söz vermişdim ki, şəklimin şərəf lövhəsindən düşməyinə imkan vermərəm. Hələlik sözümə əməl edirəm. Görək yuxarı siniflərdə oxuyanda sözümü tuta biləcəmmi.

Siniflə, uşaqlarla əlaqədar hec bir çətinliyim yoxdur. Amma dostlar arasında bir az problem var. İndi sizə bir qızdan danışacam. O mənim rəfiqəm deyil, amma elə hey mənim yanımda olmağa can atır. Mən də onun mənə olan münasibətinə hörmət edirəm. Amma çox kusəyən, pinti, həm də savadsız bir qızdır.

Soruşacaqsız niyə? O, məktəbdə burnunu ətəyinə silirdi. Onunla həyətdə gəzəndən sonra, desəm ki, axşamdır evə getməliyəm, o dəqiqə küsüb gedir. Onun bu davranışı məni əsəbləşdirir. Mən də ona “sənin nazınla oynayan deyiləm” deyib narazılığımı və düzgün danışmadığını deyirəm. Sanki hamı onun dediyi kimi hərəkət etməlidir. Mən ona kiməsə ağıl verməzdən əvvə gedib öz davranışlarına, hərəkətlərinə fikir verməsini tövsiyə etdim. Amma görürəm ki, öz bildiyini edir. Bu da məni ondan uzaqlaşdırır. Amma xoşum gəlməsə də, onu tək də qoymaq ürəyimcə deyil. Hər dəfə bizə gəlib qapını döyəndə onu evə dəvət edirəm. Yəni nəzakətli olmağa çalışıram. Bəlkə pis vərdişlərini unudar deyə düşünürəm. Amma o, öz bildiyini edir. Belə getsə, günah məndən getdi. Küsməsinə də fikir verən deyiləm. Çünki əgər o öz pis vərdişlərini unutmasa, mən ona heç bir kömək edə bilmərəm. Yəqin ki, nə demək istədiyimi anladınız.

İndilik sizinlə sağollaşmalıyam. Hələlik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili