“Taxt oyunları”nın finalında Deyenerisin xəz paltosunun gizli mənası açıqlanıb - FOTO

08:55 20-12-2019 | icon 546 | Film
“Taxt oyunları”nın finalında Deyenerisin xəz paltosunun gizli mənası açıqlanıb - FOTO

“Taxt oyunları”nın (“Games of Thrones”) səkkizinci mövsümündə əsas qəhrəman Deyeneris Tarqarienin ağ xəz paltoda çıxışı təsadüfi deyil – bunda diqqətli tamaşaçılar üçün gizli ismarıclar var.

 

“Tvguide” portalının məlumatına görə, bu barədə serialının kostyum üzrə rəssamı Mişel Klepton xəbər verib.

 

Klepton vurğulayıb ki, Deyenerisin geyimləri hər zaman onun daxili vəziyyətini əks etdirib və “Əjdəhalar Anası”nın səkkizinci mövsümündə ağ xəz geyimdə çıxması yeddi krallığın xilaskarının Dəlisov Kraliçaya çevrilməsinə işarə olub. 

 

O vurğulayıb ki, onlar kostyumu hazırlayarkən əvvəlcə Emiliya Klarkın qəhrəmanına şimalda isti ola biləcəyi qənaətinə gəliblər, lakin rəssam düşünüb ki, Deyeneris serialda ilk dəfə olaraq öz xeyrinə deyil, sevgi naminə bir şey edir, bu səbəbdən geyimi də xüsusi olmalıdır.

 

“Və Deyenerisin özünü xilaskar mələk kimi görməsi ideyası çox xoşuma gəldi. O, əjdahadan düşərkən mərhəmət mələyini xatırladırdı. Düşünürəm ki, bu geyimi onun həmin vaxtdakı daxili vəziyyətinə uyğun idi”, - deyə Klepton vurğulayıb.

 

Onun fikrincə, paltonun ağ parçası Deyenerisin paklığını simvolizə edir, həmçinin, onun ürəyindəki soyuqluqdan xəbər verib, bu da ağ gəzginlərlə paralellər aparmağa imkan yaradıb.

 

Qeyd edək ki, ABŞ istehsalı olan fentezi və dram janrlı “Taxt oyunları” teleserialı 2011-ci ildə HBO kanalında nümayişə başlayaraq səkkiz mövsüm davam edib. Başladığı andan böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başlayıb. Serial Corc Martinin fantastik əsəri olan “Buz və Alovun Nəğməsi”nin motivləri əsasında hazırlanıb. /Oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ