Kemeron əmindir ki, “Avatar” yenidən birinci pilləni qaytara biləcək

08:01 23-12-2019 | icon 626 | Film
Kemeron əmindir ki, “Avatar” yenidən birinci pilləni qaytara biləcək

Məşhur Hollivud rejissoru Ceyms  Kemeron “Qisasçılar: Final”ın tarixin ən çox kassa toplayan filmi qismində çox az müddətdə qalacağını hesab edir.

 

Sonuncu “Qisasçılar” 2,798 milyard dollar, kanadalı quruluşçunun “Avatar”ı isə 2,790 milyard dollar kassa toplamışdı. 

 

İzvestiya”nın verdiyi məlumata əsasən, rejissor sikveli buraxmamışdan öncə, “Avatarı” təkrar prokata çıxarmağa hazırlaşır.

 

O əmindir ki, “Avatar” yenidən birinci pilləni qaytara biləcək:

“Düşünürəm ki, bu, mütləq baş verəcək. Amma gəlin “Final”ın yaradıcılarına bu andan həzz almağa imkan verək və eyni zamanda insanların, həqiqətən də, kinoteatrlara getdiyini qeyd edək”.

 

Rejissorun sözlərinə əsasən, “Qisasçılar” onun lentini cəmi 0,25% ötə bilib ki, bunu da o, istehza ilə “xəta” adlandırıb.

 

Mümkün  təkrar prokatın  tarixi hələ müəyyən edilməyib. Lakin artıq məlumdur ki, filmin ikinci hissəsi 17 dekabr 2021-ci il tarixində işıq üzü görəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Həkim olmaq istəyənlərin NƏZƏRİNƏ