“Biz də cəmiyyətin ayrılmaz parçasıyıq” - MESAJ

11:50 25-04-2018 | icon 635 | Cəmiyyət
“Biz də cəmiyyətin ayrılmaz parçasıyıq” - MESAJ

Aprelin 30-da saat 18:30-da YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olacaq. "Autizm – Fərqli və Bizdən Biri" adlı tədbir “Birgə və Sağlam" İctimai Birliyinin və "Ümid var" xeyriyyə cəmiyyətinin təşkilatçılığı, "AS Qrup İnvestment" şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunur.

 

Versus.Az xəbər verir ki, hər zaman böyük qayğıya ehtiyacı olan autizmli uşaqlar yaz-yay kolleksiyasından geyimlər təqdim edəcəklər. Kolleksiyanı podiumda "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzindən 20 uşaq nümayiş etdirəcək.

 

Aprel ayı Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 2007-ci ildən etibarən Ümumdünya Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir. Bu səbəbdən də tədbir boyu qonaqların "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından da tədbir mühüm əhəmiyyət kəsb edir.

Maraqlı proqramla təqdim olunacaq moda nümayişində autizmli uşaqlar başqa istedadlarını da göstərəcəklər. Xor şəklində ifaları ilə “biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verməyə çalışacaqlar.

 

Tədbirdə əməkdar artist Tünzalə Ağayeva, musiqisi ona, sözləri Murad Arifə məxsus autizmli uşaqlara həsr etdikləri "Fərqliyəm" mahnısını ifa edəcəklər. Moda nümayişindən əldə olunan vəsait "Birgə və Sağlam" ictimayi birliyinin reabilitasiya mərkəzinin imkansız ailələrinin autizmli uşaqlarının təhsilinə sərf olunacaq.

Öz korporativ sosial məsuliyyət anlayışı ilə seçilən “AS Qrup İnvestment” isə tədbirə və autizm sindromlu uşaqlar üçün nəzərdə tutulmuş xüsusi hədiyyələri ilə balacalara dəstək olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili