"Məzun evi"ndən ŞİKAYƏT VAR

19:00 18-08-2023 | icon 711 | Cəmiyyət
"Məzun evi"ndən ŞİKAYƏT VAR

Fiziki məhdudiyyətli insanlar ətraf aləmdən təcrid yaşamağa məhkum edilirlər

 

Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət, uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərir. Burada hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar və onların ailələri məskunlaşıblar. Onların əksəriyyətini xüsusi qayğıya ehtiyacı olan insanlar təşkil edir.

 

Müstəqil Həmkarlar Birliyinin (MHB) Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, həmin bina ilə bağlı MHB-yə şikayət məktubları daxil olub.

 

Müstəqil Həmkarlar Birliyinə daxil olan şikayət məktublarına görə həmin binalarda uzun müddətdir ki, liftsizlik problemi yaşanır. Belə ki, binalarda lift quraşdırılsa da, hazırda istifadəyə tamamilə yararsızdır. Liftlərdəki nasazlıq, liftlərin işləməməsi burada yaşayan insanlar üçün ciddi narahatlıq yaradır. Vəziyyət xüsusilə əlil arabasından istifadə edən şəxslər üçün acınacaqlıdır. Çünki fiziki məhdudiyyətləri üzündən evlərini tərk edə bilmirlər. Liftsizlik bu insanları az qala ev dustağı edib.

 

Sosial Xidmətlər Agentliyinin Məbuat Xidmətinin verdiyi məlumata əsasən, problemin həlli üçün tender elan olunmuşdur. Agentliyin bu işlə nə zaman məşğul olacağı isə hələ ki, məlum deyil.

 

Qeyri-rəsmi məlumtalara görə, tenderin nəticəsi sentyabrda məlum olacaq və qalib olan şirkətin hesabına vəsait köçürüləndən sonra liftlərin yenidən quraşdırılmasına başlanılacaq. Bu isə o deməkdir ki, burada yaşayan vətəndaşlar hələ ən azı 2-3 ay ərzində lift problemi ilə üz-üzə qalacaq. Daha dəqiq söyləsək, fiziki məhdudiyyətli insanlar ətraf aləmdən təcrid yaşamağa məhkum edilirlər.

 

Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətindən bildirdilər ki, Birliyin rəhbərliyi vətəndaşların müraciətlərinə əsasən aidiyyatı qurumlarla əlaqə saxlayıb, problem öz həllini tapana qədər bu məsələni gündəmdə saxlayacaq. MHB vətəndaşları narahat edən məsələnin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər hazırlayır.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq