İstəyirəm heç vaxt uduzmayım

10:02 12-07-2017 | icon 1200 | Uşaq Dünyası
İstəyirəm heç vaxt uduzmayım

Leyla Nəcəfli

Yenidən salam, əzizlərim.

Bu gün mən sizə yay tətilimdən və uşaqlarla aramızda apardığımız söhbətlərdən, böyüyəndə kim olmaq istədiyimizdən yazmaq istəyirdim. Ən böyük arzumun diplomat, həkim, aparıcı olmaq olduğunu yazacaqdım sizə. Özümdən, dostlarımdan, yay tətilimdən, hər gün sinif yoldaşlarımı ətrafıma yığıb necə oyunlar keçirdiyimizi və mənim də necə yaxşı aparıcılıq etmək qabiliyyətimdən söz salacaqdım. Amma…

Bu dəfə yaza bilmədim, üzürlü sayın. Bu fikrim ermənilərin öldürdüyü balaca Zəhranın qanında boğuldu. Biz uşaqlarla həyətdə oynamaq harayında olarkən balaca Zəhra da quldurların gülləsinə tuş gəlib. Zəhra və onun nənəsinin ermənilər tərəfindən öldürülməsi heç birimizin yadından çıxmayacaq. İllərdir ermənilər bizim başımıza nələr gətirmədi ki… Axı minlərlə insanın, uşağın, qocanın, qadının nə günahı var ki,  ermənilər vəhşicəsinə onları öldürdü. Biz onlara nə etdik ki?..

Biz bu gün aramızda bunları danışdıq. Düzü, oynamağa da həvəs qalmadı…

Axı niyə biz Azərbaycan uşaqları hər il bir faciəni qeyd etməliyik? Torpaqlarımızın işğal günləri, 20 Yanvar, Xocalı qətliamı. Öyrəndiyimiz kədərli şeirlərdir. Sevinc nəğmələri yadımızdan çıxır. Axı öldürülən o uşaqların, anaların, nənələrin, babaların nə günahı vardı?

Əziz oxucularım, mən sizə həyatda olan istəklərimdən, həyatda olan mübarizələrimdən yazacaqdım. Çox şey istəmirəm. İstyirəm ki, həmişə xoşbəxt olum, həmişə istədiklərim olsun. Heç vaxt uduzmayım və heç vaxt həyatdan bezməyim. Axı həyat gözəldir. Mən bu səsimi Azərbaycana və dünya ölkələrinə çatdırmaq istəyirəm. Bildirmək istəyirəm ki, mənim kimi bütün uşaqların istəkləri budur – heç bir uşaq ağlamamalıdır, güllə səsindən diksinməməlidir. Heç bir uşaq müharibə qorxusu yaşamamalıdır, kədərlə böyüməməlidir. Biz bunları yaşayırıq. Elə edin ki, bizim arzular yarıda qırılmasın, Zəhralar ölməsin, öz arzularını həyata keçirsinlər… Qoy onlar da xoşbəxt olmağı düşünsünlər…

Bu gün əslində mən sizə yay tətilindən yazacaqdım, ancaq Zəhra ilə birgə mənim düşüncələrimin sevinci də qırıldı…

Gələn dəfə xoş xbərlərlə görüşmək arzusu ilə hələlik…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA