Doktor Dulittlın heyrətamiz səyahəti filminin qapalı təqdimatı keçirildi

12:58 20-02-2020 | icon 790 | Film
Doktor Dulittlın heyrətamiz səyahəti filminin qapalı təqdimatı keçirildi

“CinemaPlus” kinoteatrında Doktor Dulittlın heyrətamiz səyahəti filminin premyera öncəsi qapalı təqdimatı keçirildi.

 

Versus.Az xəbər verir ki, film əsl dostluqdan, mehriban münasibət və sədaqətdən bəhs edir.

 

Viktorian İngiltərədə yaşayan və heyvanların dilini anlayan məşhur həkim-veterinar Dulittl yeddi il öncə həyat yoldaşını itirdikdən sonra qapalı həyat tərzi sürür. Yanındakı canlılar yalnız heyvanlar aləmindən ibarətdir.

 

Doktor heç kəsi görmək istəmir və müalicə fəaliyyətindən belə əl çəkib. Amma gənc şahzadə Viktoriyanın həyatına təhlükə yaradan anlaşılmaz bir xəstəlik Dulittlı sığınacağından çıxararaq bu dərdin dərmanını tapmaq üçün qorxulu və mifik bir səyahətə çıxmağa məcbur edir.

 

Filmin rejissoru Stiven Geyqan, baş rollarda kiçik Robert Dauni, Antonio Banderas, Harri Kollett, Maykl Şin və başqaları çəkilmişdir.

Film tamaşaçının diqqətini ekzotik səhnələrlə cəlb edir.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni formalaşan parlament daha aktiv olacaq”

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

Həftəsonları təmizlik aksiyaları keçiriləcək

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Sürücülərin NƏZƏRİNƏ

COP29 çərçivəsində növbəti GÖRÜŞ