İstintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

14:45 08-05-2018 | icon 581 | Hadisə
İstintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına mobil telefon aparatlarının keçirilməsi cəhdlərinin qarşısı alınıb.

 

Xidmətdən Versus.Az-a verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Fətullayev Məhəmməd Hüseyn oğluna qayınatası Xaçmaz rayon sakini İmamquliyev Məmməd Alı oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş sellofan bükülüdə 0,063 qram heroin aşkar edilib.

 

Həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 16 il müddətinə azadlıqdan məhrum edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Şahbazov Elməddin Aləddin oğluna xalası oğlu Salyan şəhər sakini Zamanov Soltan Nobil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan plastmas yağ qabının içində xüsusi üsulla gizlədilmiş 2 ədəd mobil telefon aparatları və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.

 

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Xanbabayev Zamin İsmət oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Xaçmaz rayon sakini Xanbabayev Məhəmməd İsmət oğlunun əşyalarına və üzərinə baxış keçirilən zaman şalvarının cibindən daxilində danışıq kartı olan 1 ədəd mobil telefon aparatı aşkar olunub.

Hər üç faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI