Müəllimin haqlı üsyanı...

23:03 29-02-2020 | icon 844 | Kürsü
Müəllimin haqlı üsyanı...

Müəllim olmayanlar bilməz, anlamaz, başa düşməz

KAMRAN ƏSƏDOV

 

Sosial şəbəkələrdə və saytlarda müəllim həmkarımızın dərs vaxtı olmayan, amma tədris prosesi ilə bağlı fəaliyyətini yerinə yetirərkən musiqi sədaları altında rəqs etməsinin video görüntüləri yayılıb.


Dostlar, təəssüflər olsun ki, son proseslər müəllim ətrafında xoş olmayan imic yaradıb. Misal üçün, seçkilərdə topa bülleten atma, Neftçala RTŞ-nın müdirinin rüşvət alma və verməsi, hələ 8 mart gəlməmiş pul yığımı və sairi insanları haqlı olaraq qıcıqlandırıb.


Amma dostlar, bu video görüntüdə əslində diqqəti cəlb edən müəllimin haqlı üsyanıdır. Bunu müəllim olmayanlar bilməz, anlamaz, başa düşməz. Bilirsiz bir il ərzində müəllim dərs dediyi sinifdə nə qədər KSQ,BSQ, formativ , diaqnostik imtahan keçirir və yoxlayır? Özü də bunu ödənişsiz olaraq edir. Deyəcəksiniz ki, müəllim buna görə əmək haqqı alır. Xeyr, müəllim dediyi dərsə görə əmək haqqı alır. O məktəbdaxili qiymətləndirmə işlərinə görə pul almır. Özü də bunu 1 və ya 2 dəfə 5-10 şagirdə etmir. O testləri hazırlamaq, yoxlamaq, qiymətləndirmək, jurnala yazmaq nə qədər vaxt, əsəb, maddi və mənəvi itiki hesabına başa gəlir.
Düzdür, Təhsil nazirliyi hələ bu KSQ-BSQ-ləri müəyyən qədər sadələşdirib. Amma çıxış yolu bu deyil. Nə qədər ki, vahid KSQ-BSQ bazası olmayacaq, biz hələ çox "oynayan müəllim" görəcəyik.


Cənablar, müəllim sinifdə şagirdlər qarşısında oynamayıb. Hətta bunu etsə belə, burada qəbahət yoxdur. Misal üçün mən, BDU-da dərs deyəndə auditoriyada XVIII-XIX əsr mədəniyyəti mövzusunda saz gətirib dınqıldatmışam (ifa etməyi bilmədiyim üçün).


Mən çox sevinirəm ki, belə pozitiv müəllimlərimiz var. Nə qədər çətin olsa da, ətrafına neqativ saçmayan müəllimimiz var.


Siz topa bülleten atan və arsız-arsız kameraya "kişnəyən" və "donquldayan"larla bunu eyniləşdirməyin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR