Onun üçün bayram etməyə günmü lazım?

21:02 07-03-2020 | icon 1544 | Kürsü
Onun üçün bayram etməyə günmü lazım?

Qadın hər evin çırağı, hər evin ocağıdır

 

MEHRİBAN SADIQOVA

 

Qadın - dünyanın ən gözəl və ən zərif varlığı. Qadın - bütün qanunları bir anda dəyişib, yenidən yaza biləcək bacarığında və qüvvəsində olan tək düha.

 

 

Dünyanın çarxını öz istədiyi kimi əlində saxlamağa qüvvəsi olan bir gücə bayram etmək üçün günmü lazım? Qadın bütün sahələrdə öz ağlı və fərasəti - bəzən mehribanlığı, bəzən sərtliyi, bəzən hiyləgərliyi, bəzən səmimiliyi ilə bütün insanlığı öz əlində cəmləşdirmiş bir varlığa - bayram etmək üçün günmü gərək? Onun üçün gün ayırmaq onun cılızlaşdırmağa xidmət etməzmi?

 

Qadın hər evin çırağı, hər evin ocağıdır. Düşünək: Bu çıraq hər gün yanmasa, bu ocaq hər gün alovlanmasa həyatmı olar?

 

Qadın dünyaya övlad gətirəcək, bəşəriyyətə yaşam verə biləcək bir anadır. Ananın anası olan Vətən adlı müqəddəs bir evə hər gün Şəhid gəlirsə, onun üçün bayram etməyə günmü lazım?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR