Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə İLK İCLASI

13:00 12-08-2023 | icon 1000 | Cəmiyyət
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə İLK İCLASI

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın tam tərkibdə keçirilən ilk iclasında təşkilati məsələlərə baxılıb.

 

Versus.Az xəbər verir ki, tədbirdə Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi  Vahid Qəhrəmanov seçilmiş üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, İctimai Şuranın yeni tərkibindən gözləntilərin yüksək olduğunu vurğulayıb və iştirakçıları Xidmətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı barədə məlumatlandırıb, İctimai Şuranın fəaliyyətinin əhəmiyyətini bildirib.

 

Daha sonra İctimai Şuranın açıq səsvermə yolu ilə rəhbər vəzifələrinə seçki keçirilib. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçilib. “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyinin sədri Fuad Əliyev və “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva İctimai Şuranın sədr müavinləri,  “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Məhsəti Hüseynova isə Şuranın katibi seçiliblər.

 

Tədbir zamanı İctimai Şura üzvləri tərəfindən gələcək fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb və müvafiq təkliflər verilib.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?