Koronavirusla 1500 il əvvəl İstanbulda baş verənlərin bənzərliyi

14:50 23-04-2020 | icon 811 | Tarix
Koronavirusla 1500 il əvvəl İstanbulda baş verənlərin bənzərliyi

“Yustinian taunu”

 

İspaniyada aparılan elmi araşdırma Bizans İmperiyası dövründə İstanbulda yaşanan taun epidemiyası ilə koronavirus arasında əlaqə üzə çıxarıb.

 

Bu barədə “El Pais” nəşri məlumat yayıb.

 

Prokopi adlı bizanslı tarixçinin yazdığına görə, İstanbul həmin dönəmdə xəstəlik səbəbindən karantinə götürülüb. Araşdırma VI əsrdə Bizans İmperatorluğu dövründə İstanbulda yayılan bubon taunu epidemiyası ilə koronavirus epidemiyası arasında əlaqə olduğunu müəyyən edib.

 

Bizans İmperatoru I Yustinianın adı ilə yaddaşlarda qalan epidemiya dövründə İstanbulda bu gün yaşanan hadisələrlə paralel təşkil edən proseslər cərəyan edib.

 

 

Bizans tarixçisinin qeydlərini araşdıran Barselona Universitetinin alimi Sales Karbonel taun epidemiyası dövründə şəhərdə “mütləq məhdudiyyətlər və izolyasiya” tətbiq edildiyini vurğulayıb.

 

“Xəstə insanlar üçün karantin məcburi idi. Ancaq digər insanlar da öz sağlamlığı üçün əksər hallarda özünü təcrid etməyi seçirdi”, - deyə alim bildirib.

 

Sözügedən epidemiya 541-ci ildə Misirdə ortaya çıxıb və təxminən bir il sonra İstanbula çatıb, dörd ay müddətində şəhərdə dağıdıcı izlər buraxıb.

 

 

Tarixçi Prokopinin “Savaşların tarixi” adlı kitabından qeyd:

“Həyəcan təbili Misirdən başladı. Oradan da sürətli və ölümcül bir şəkildə yayıldı. Bu xəstəlik bütün bəşəriyyətə hücum etdi. Xəstəlik sanki bir yeri yaddan çıxarmaqdan narahat olurmuş kimi dünyanın bütün yerlərinə yayıldı”.

 

Prokopi İstanbulla bağlı isə bu fikirləri vurğulayıb:

“İstanbulda insanları kütləvi yerlərdə görmək asan deyildi. Xəstə olmayan hər kəs evlərinə çəkilmiş, ya xəstələrinə qayğı göstərir, ya da ölülərinə ağlayırdı”.

 

Bizans tarixçisi həmçinin, iqtisadiyyatın və həkimlərin vəziyyətinə də diqqət çəkib:

“Küçələrdəki aktivlik tamamilə dayanmışdı. Sənətkarlar əllərindəki işi buraxmışdı. Bir çoxları onlara baxacaq kimsə olmadığı üçün öldü. Təbiblər kədərdən və yorğunluqdan pərişan olmuşdu. İnsanlar onların bu halına xəstələrdən daha çox məyus olurdular”.

 

Prokopi qeyd edib ki, xəstəliyin tüğyan etdiyi zirvə nöqtəsində ölü sayı İstanbulda 10 minə qədər yüksəlib. Bu zaman cənazə mərasimi olmadan bir çox insan toplu şəkildə də dəfn edilib.

 

Xatırladaq ki, tarixçinin barəsində bəhs etdiyi epidemiya dünyada 25 milyon insanın ölümünə səbəb olub. /modern.az/

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər