İqbal Ağazadə ritorikası ilə danışmağa başlayıblar

12:03 03-05-2020 | icon 1904 | Kürsü
İqbal Ağazadə ritorikası ilə danışmağa başlayıblar

Sədrimizin çıxışları nəhayət ki, müxalif siyasətçilərin dilindən səslənir

TAMİLLA QULAMİ

 

Günlərdir siyasilərin çıxışlarını izləyirəm. Danışıqları, cümlələri, tezisləri, ritorikaları demək olar ki, İqbal Ağazadə ritorikasına bənzəməyə başlayıb.

 
 
İllərdir, deyirik, illərdir, çağırış edirik, istər SEÇKİLƏRƏ QATILMAQ, VƏTƏNDAŞDA SEÇKİ VƏRDİŞİ YARATMAQ, istər SÖYÜŞ SÖYMƏMƏK kampaniyası, istər MÜXALİFƏT-İQTİDAR-CƏMİYYƏT münasibətlərinin BARIŞ, SÜLH, DİALOQ çərçivəsində aparılması və ən əsası ən böyük dərdimiz olan QARABAĞ probleminin həlli istiqamətində sədrimizin çıxışları nəhayət ki, müxalif siyasətçilərin dilindən səslənməyə başladı.
 
 
Sevindirici haldır...
 
Bizim dediklərimizin əksini sübut etməyə çalışanların bu gün bizim ritorikanın əslində cəmiyyət, məmləkət üçün nə qədər xeyirli olacağının fərqinə varmalarını izləmək xoşdur. İnanıram ki, düşündüyüm kimidir və inanıram ki, belə də davam edəcəklər.
 
 
Sayğıdəyər başqanım, dəyərli İqbal bəy!
 
Şahidik ki, (bilməyənlər KİV - qəzet, televiziya arxivlərindən ətraflı məlumatlar əldə edə bilərlər) siyasətə gəldiyiniz ilk gündən istər parlamentdə, istərsə də parlamentdənkənar fikirləriniz, təklifləriniz hər zaman bir xətt üzrə gedib. İllərdir üzərinizə gəlmələrinə baxmayaraq, siz bu yoldan dönmədiniz, inandınız sonadək hər zaman. Bunun üçün təşəkkürlər!
 
Taa illər öncədən bilirdiniz ki, bir il, beş il, on il keçsə də, gün gələcək mütləq siz deyəni hər kəs deməyə başlayacaq. O günə lap az qalıb. İnanıram mən də. Heyf ki, hər gün ömrümüzdən gedir. İnanıram ki, gec qalmadan bu məmləkəti dəyişəcəyik! ÜMİD...lə!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?