Biz sınmadıq

23:34 08-05-2020 | icon 986 | Kürsü
Biz sınmadıq

Ermənilər ordumuzun gücünü görməyə hazır olsunlar

ƏLİSAHİB HÜSEYNOV
/DADP sədri, Birinci Qarabağ Müharibəsi iştirakçısı/

 

Şuşa bizim milli pasportumuz sayıla biləcək şəhərlərimizdən biridir. Rəmzi mənada mədəniyyət paytaxtımız sayılan qədim Şuşamızın illərdir ki, erməni tapdağı altında qalması hər bir azərbaycanlı kimi mənim də ürəyimi ağrıdır.

 

Bu gün Şuşanın işğalının növbəti ildönümüdür. 1992-ci il mayın 8-ində Şuşa şəhəri mənfur Ermənistanın silahlı qüvvələri və xarici ölkələrdən gələn erməni terrorçuları tərəfindən işğal edilib.

 

Aradan 28 il keçir. İşğalın 28-ci ildönümü tamam olur. Şuşa bizim strateji məntəqələrimizdən biri olduğu kimi, erməni işğalçıları üçün də böyük önəm daşıyırdı. Onlar dərk edirdilər ki, Şuşanı işğal etməklə Ermənistanın illərdir Azərbaycana qarşı apardığı işğal kampaniyasını məntiqi sonluğa çatdırmaq imkanını əldə edər və beləliklə də Qarabağın Azərbaycandan qoparılmasına nail ola bilərlər.

 

Faşist ermənilər öz aralarında bu planın adını "Miatsum" qoymuşdular. Onlar Şuşanı işğal etməklə biz azərbaycanlılara həm də ağır psixoloji zərbə vurmağı nəzərdə tuturdular, qürurumuzu sındıracaqlarını düşünürdülər. Ancaq düşmən bizi yaxşı tanımır.

 

Biz kifayət qədər güclü millətik. Biz sınmadıq. Biz ayaqdayıq. Biz bu müharibədə özümüzü məğlub saymırıq. Çünki müharibə hələ bitməyib. Və Azərbaycan son sözünü deməyib. Biz son sözümüzü Şuşada, Xankəndidə deyəcəyik! Ermənilər buna əmin ola bilərlər. Onlar bizə qarşı namərdliklərinin və işğalçılıqlarının bədəlini mütləq ödəyəcəklər!

 

Mən birmənalı olaraq hesab edirəm ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü mütləq təmin ediləcək. Şanlı əsgərimizin sancacağı üçrəngli Azərbaycan bayrağı yenidən Şuşanın səması üzərində dalğalanacaq. Ermənilər ordumuzun gücünü görməyə hazır olsunlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?