Laçın təkcə laçınlıların deyil...

17:34 17-05-2020 | icon 1775 | Kürsü
Laçın təkcə laçınlıların deyil...

Hələlik döyüş meydanlarına atıla bilmiriksə...

NƏSİMİ MƏMMƏDLİ

 

Laçın təkcə laçınlıların deyil hər birimizin heç bir halda düşmənə güzəştə getməyəcəyimiz qədim yurdumuzdur. Bu yurdumuz uğrunda bir gün mütləq çox amansız döyüşə atılacağımıza kimsənin şübhəsi olmasın.

 

Kiçik istisnalar olsa da bu, təslimçi atəşkəsi xalqımızın əksəriyyəti həzm edə bilmir və illərdir hakimiyyətdən siyasi iradə gözləyir. Bu mühüm strateji əhəmiyyətli yurdumuzun 28 ildir işğalda qalması xalqımıza töhmət olmaqla yanaşı, sülh danışıqlarında Laçının “koridor” kimi müzakirəyə çıxarılması da ulu əcdadlarımızın ruhuna təhqirdir.

 

Belə bir alçaldıcı sülhlə heç bir halda barışmayacağımızı hər kəsin bilməsində fayda var.
Son dövrlər vətəndaşlarımız məqsədyönlü şəkildə elə bir duruma salınıb ki, nə özləri, nə də vətəni haqqında düşünür. Hətta ən təsirli çağırışlara belə reaksiya verməyə mənəvi gücü qalmayıb.


Hələlik döyüş meydanlarına atıla bilmiriksə, heç olmasa işğal altındakı torpaqlarımızı unutmadığımızı, bu işğalla barışmadığımızı hər fürsətdə ifadə etməyə çalışaq. Hər bir laçınlı, qarabağlı, azərbaycanlı bir status yazmaqla sosial şəbəkələrdə gündəm yaradaq. Əlimizdə olan resursları hədəfə ardıcıl və düzgün istiqamətləndirək.

 

Əziz həmvətənlər, biz getdikcə çox təhlükəli biganəliyə, acizliyə yuvarlanırıq. Son vaxtlar Şuşanın işğal günündə Ermənistan rəhbərliyinin saymazyana şəkildə işğal bölgəsinə gəlməsinə, “DQR”-in “prezident” andiçmə mərasimini 21 mayda məhz Şuşada keçirməyə hazırlaşmasına Azərbaycan cəmiyyətindən sərt reaksiyalar görünmür. Sanki acı taleyimizlə barışmışıq. Dədə-babalarımızın bizə miras qoyduğu yurdlarımızdan vaz keçmişik.


Biz cəmiyyətin fəal şəxsləri qətiyyən ruhdan düşməməliyik, usanmamalıyıq, düşməni sevindirməməliyik. Bu çətin sınaqdan alnıaçıq çıxmaq üçün xalqımızın önündə addımlamalıyıq.

Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlıqlı uzun ömür arzulayıram.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Valideynlərin NƏZƏRİNƏ

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?